Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
5 Dekabr , 2016
Can dərmanı istəsən yetişdirər torpağı,

Günəş kimi nurludur, işıqlıdır növrağı.

Füsünkar təbiəti sehirləyər qonağı,

Bərəkətli çölləri ziynətidir Ağsunun.



Başının qızıl tacı-ağbirçək anaları.

Qızları, gəlinləri- yaşılbaş sonaları.

Babək tək oğulları-vüqarlı çinarları,

Əzəmətli dağları qeyrətlidir Ağsunun.



Qonağı duz çörəklə qarşılayır birinci,

“Ağ qızıl”I bol sərvəti,bol üzümü bir inci,

Bu gün neçə ürəyin aşıb daşır sevinci,

Zirvələrə ucalan şöhrətidir Ağsunun.



Hopub qana, iliyə torpağın bərəkəti,

Hər ili bir zəfərlə yola salmaq adəti

Təmiz, qadir əməyə sevgisi, məhəbbəti,

Süfrəsinin bəzəyən, qüdrətidir Ağsunun.



(Birlik,11 Oktyabr 1980-ci il,№121)