Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
5 Dekabr , 2016
Qol saatım xarab olmuşdu.Şəhərimizdə yeni saat təmiri sexinə müraciət etdim. Orada gənc bir usta işləyirdi.Saatımı ona göstərdikdə:

-Düzələr, bir gündən sonra gəlib saatınızı hazır şəkildə apara bilərsiniz, –deyə o, məni arxayın etdi. Doğurdan da belə oldu.Gənc saatsaz Tahir Eminov saatı təmir edib mənə verdi.Bəli T.Eminov gənc olsa da öz işinin ustasıdır.Onun təmir etdiyi saatlar dəqiq və uzun müddət qüsursuz işləyir.

(Birlik,31 İyul 1980-ci il,№90)