Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016

Kənd geceləri gözəl olur.Sərin meh qəlbləri oxşayir,uca çinar başında özünə yuva qurmuş quşlar civildəşir. Bu vaxt həzin bir  melodiya  eşidilir. Bu səs gah ucalır  gah da səssizlik içində əriyir.Bu səs insan qəlbinin dərinliklərinə işləyir.Onu ovsunlayır.Bu səs ana laylasıdır. Dünyada bu səsdən şirin,həzin, mehriban bir səs ola bilməz!  Körpə sanki  bu səsi eşitmək üçün ağlayır. Həmin səsin pıçıltısından xumarlanır və şirin yuxuya gedr.Dan yeri  yavaş-yavaş sökülür.Ana isə körpəsinin beşiyi yanındadır.Böyük məhəbbətlə övladının sevinc saçan gözlərinə baxır,bununla da yorğunluğunu unudur.Yavaş-yavaş səhər açılır.Ana yuxusuzluğdan qızarmış gözlərini övladına dikib lay-lay çalır.Bu səs hamıya tanışdır:Ana laylası.

 (Birlik,8 Mart 1980-ci il,№30)