Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016

İstedadlı müğənni İlhamə Quliyeva musiqi həvəskarlarının dərin rəğbətini qazanmışdır.Onun səsi şaqraqdır,qayalardan tökülən şəlalənin  səsini xatırladır.Bəzən bu səs birdən-birə dəyişir, həzinləşir. Şır-şır süzülən bulağın nəğməsinə dönür, adama elə gəlir ki,onun nəğmələrinə vüqarlı dağlarımızın əzəməti,min nemət yetişdirən çöllərim- inzin  bərəkəti,firavan,xoşbəxt ellərimizin şən gülü -şü  qatılıb.Ona görə də belə şirindir.Dönə-dönə dinləmək istəyirsən İlhamə xanımın oxuduğu nəğmələri. Yəqin ki, bu yaxınlarda şəhərimizdə SSRİ  Ali  Sovetinə deputatlığa namizəd Q.Ə. 

   -İlhamə xanım, mümkünsə deyin, necə olub ki, bu   sənəti seçmisiniz?Qarayevlə görüşən seçicilər bu hissləri keçiriblər.Maraqlı keçən konsertdən sonra İlhamə  Quliyeva ilə görüşüb bir  neçə  sualla  ona  müraciət etdim.Müğənninin cavabları maraqlı oldu.

   -Uşaqlıqdan musiqinin vurğunu olmuşam. Böyüdükcə bu vurğunluq qəlbimdə gözəl nəğmələr oxumaq həvəsinə dönüb.Məktəb özfəaliyyət dərnəyinə üzv  yazıldım. Konsertlərdə mən də oxudum. Müəllim -lərim, yoldaşlarım  bəyəndilər. Sonra məktəbdə də,evdə də məni "Müğənni"deyə çağırırdılar. Mənsə daha həvəslə oxuyurdum. Bir də onda ayıldım ki, orta məktəbi bitirmişəm,başqaları kimi özümə sənət seçməliyəm.Mən də bu yolu tutdum...-Ən çox hansı mahnıları oxumaq istəyirsiniz?

   -Bizim xalq zəhmətkeş xalqdır.Ucsuz-bucaqsız  bərəkətli çöllərimizdə"ağ qızıl"yetişdirən pambıqçılara,"sarı kəhrəba"ustalarına,fermalarda çalışan adlı-sanlı sağıcılara,çobanlara həsr olunmuş mahnıları oxumaq mənim üçün daha xoşdur.

   -Ən çox sevdiyiniz müğənnilər kimlərdir?

   -Din Rid, Müslüm Maqomayev,Alla Puqaçova və Zeynəb Xanlarova ürəkdən oxuyurlar.

   -Ağsudan hansı hisslərlə ayrılırsınız?

Ağsuya ilk gəlişimdir.Bu torpağın musiqiyə ,sənətə dərin rəğbət bəsləyən əməksevər adamları qəlbimdə xoş duyğular oyadıb.Belə görüşlərim, hələ çox olacaq.Təki sağlıq olsun!

   -Rayon zəhmətkeşlərinə sözünüz?

   -MənAğsu əməkçiləri ilə  SSRİ  Ali Sovetinə seçkilər ərəfəsində görüşdüm.Onların əmək cəbhəsində qazandıqları nailiyyətlər məni də sevindirir.

  ( Birlik,27 Fevral 1979-cu il, №25 )