Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
Hər uğurlu rol aktyor üçün bir sevincdirsə,gözəl aktyor tamaşaçının həmişə arzuladığı hörmətli qonağı,gözünün işığıdır.Hər dəfə həmyerlimiz, Azərbaycan SSR əməkdar artisti,Lenin komso -molu mükafatı laureatı Rasim Balayevlə görüşüb söhbət etmək mənim üçün"Nəsimi"yə,"Qatır Məmməd"ə,"Dədə Qorqud"a,"Səzdətin qiyməti" və,"Arxadan vurulan zərbə"yə baxmaq qədər maraqlı olur.Artıq bir neçə aydır ki, yazıçı Ə.Məmmədxanlının ssenarisi əsasında rejissor E.Quliyev qəhrəmanlıqlarla dolu keçmişimizin böyüklüyünü və qüdrətini təcəssüm etdirən "Babək" filminin çəkilişinə başlamışdır Azərbaycanın qəhrəmanlıq timsalı olan Babək rolunu R. Balayev oynayır.Bu günlərdə Rasimlə görüşmək üçün onun iş yerinə. C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına getmişdim. Dedilər ki, "Babək" filminin çəkiliş pavilyonundadır. Onunla görüşüm də orada Cavidan "qəsrində" oldu.Fasilə yenicə başlanmışdı.Qəhrəman Babək (R.Balayev) sərkər- də Cavidanla (Ş.Ələkbərov) qəsrin bir tərəfinə çək- ilib nə barədəsə məsləhətləşirdi.Milli hərbi paltar geyinmiş və əlbəsələrlə silahlanmış aktyorlara yaxınlaşdım.Səmimi görüşüb hal-əhval tutduq.Gəlişimin məqsədini bildikdə məmnuniyyətlə razı oldu.Söhbəti haradan başlamaq haqqında fikirləşirdim.Qəlbimdə baş qaldıran xoş duyğularla sevimli aktyorumuzla söhbətə başladım...

-Rasim,deyə bilərsinizmi filmdə ilk dəfə nə vaxt çəkilmisiniz?

-Tələbəlik həyatı ilə vidalaşdığım günlərdə Bakıda "Nə şirin sözdür:Azadlıq!" filmi çəkilirdi.Filmin quruluşçu rejissoru Vitautas Jalakyoviçus mənə kiçik bir rol (səhrada güllələnən vətənpərvərlərdən biri) tapşırdı.Kinoda ilk dəfə idi çəkilirdim.

-Debütünüz haqqında nə demək istərdiniz?

-Nəsimi obrazı mənim üçün kinoda Hamletin sözləri ilə desək,"Ya olum,ya da ölüm"demək olub.Yəni mən ya Nəsimini yaratmalıydım,ya da özümə başqa peşə tapmalıydım.Sevinirəm ki,ikincini axtarmaqçın əziyyət çəkməmişəm.

-Bir çox tamaşaçılar sizə mənfi rollar oynamağı "rəva görmürlər".

-Aktyor bir növ öz rolunun güzgüsüdür.Bu güzgü istər müsbət,istərsə də mənfi rolları eyni dərəcədə aydın əks etdirməlidir.

-Siz hazırda Ə.Məmmədxanlını

-Müasirlərimizin obrazını yaratmaq müəyyən mənada asandır.O mənada ki,onları öz gözlərinlə həyatda müşahidə etmisən,hərəkətlərindən, davranışlarından,həyata baxışlarından xəbərdarsan."Babək"dəki hadisələr isə bildiyimiz kimi, VI-VII əsrlərdə baş verir.Yaxşı bilirəm ki,Babək obrazını yaratmaq, ona ekran həyatı bəxş etmək mənimçün asan olmayacaq.Belə obrazların yaradılması aktyordan çox şey tələb edir.Gərək keçmişi öyrənəsən,obrazı öz xalqına məxsus cizgilərlə verə biləsən.n ssenarisi əsasında rejissor E.Quliyevin işlədiyi "Babək" filmində baş rolda çəkilirsiniz.Təzə rolunuz haqqında bir neçə kəlmə...

-Artıq filmin bir hissəsi lentə çəkilmişdir.Oyununuz sizi qane edirmi?

-Bu haqda heç nə deyə bilmirəm.Sağlıq olsun,bir ildən sonra kinoya baxarsınız, onda danışarıq.

-Sənət dostlarınıza ən çox nəyi arzulayırsınız?

-İstədiklərinə nail olmaq .Bu,sənətdə çox şeyi həll edir.

-Müsahibəniz üçün çox sağ olun.Elə isə biz də sizə həyatda və kinoda istədiklərinizə nail olmağı arzulayırıq.

(Birlik,4 Sentyabr 1979-cu il,№104)