Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
Aşıq telli sazı sinəsi üstündə gərdənbənd edib ahəstə-ahəstə dilləndirdi,toy mağarını o baş-bu başa gərdişə getdi:

-Buyurmaq sizdən,ərz eləmək bizdən. Əzizlərim, dövranımız Sovet dövranı,xoşdur elin güzəranıdedi.

El ağsaqqalı ayağa qalxıb:

-Ay aşıq,bir sualım var.De görək,bizim Azərbaycan xalqının aşıqlar şahı kimdir?-deyə ona müraciət etdi.Aşıq telli sazı sinəsi üstündən aşağı endirdi,işıqlı çöhrəsinə nur çiləndi:

-Əzizlərim,bizim aşıq sənətimizin tarixi kökləri lap qədim zamanlara gedib çıxır. Bizə məlum olan ilk ustadımız Dədə Qorqud ozan olub.Koroğlu aşıqlıq edib.On yeddi ,on səkkizinci əsr sənətkarlarımızdan Dədə Kərəm, Xəstə Qasım,Sarı aşıq.Son dövr sənətkarlarımızdan aşıqlar şahı Ələsgər olmuşdur ki,dillər əzbəridir. Sonra aşıq mizrabı saza çəkib, oxumağa başladı.Sanki sualın bütöv cavabını sazıyla,sözüylə vermək istəyirdi. Aşıq oxuyurdu.Bütün məclis sehrli bir ahəngrüba içərisində tilsimlənmiş kimi sənət dünyasına dalmışdı.Oxunan qəzəllər, qoşmalar, müdrik insanların,söz sərraflarının,həyatın dərin mənalarından yaranmış inciləri dinləyiciləri gah şadlandırır,gah düşündürür,gah da hünərə və məhəbbətə səsləyirdi.1955-ci il. Xalqımızın qüdrətli sənətkarı Şakir Hacıyev Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd göstərilmişdi.Bu münasibbətlə aşıq haqqında SSRİ xalq artisti,professor,sevimli müğənnimiz Bülbül Məmmədov "Kommunist" qəzetində bir məqalə vermişdi.Bu məqalədə Bülbül Şakir Hacıyevin Qafqaz dağlarının ətəyində yerləşən Ağsu rayonunun Xəlilli kəndində anadan olduğunu söyləyirdi. Aşığın özünün qoşduğu və radiolarda,el şənliklərində həvəslə ifa etdiyi "Yaraşıqlı kəndimiz"mahnısı da sənətsevərlərin yadında olmamış deyil.Aşıq Şakir Hacıyev 1922-ci ildə Xəlilli kəndində yoxsul bir ailədə dünyaya gəldi.İlk təhsilini qonşu Ərəbmehdibəy kəndindəki orta məktəbdə aldı. Onun məclisində kim oturmayıb, kim aşıq Şakirin məlahətli səsini eşitməyib?"Şirvan şikəstəsi","Nə bağ bildi,nə də bağban" ,"Döymə şikəstə","Nərgiz","Boylana-boylana" yüzlərlə mahnılar..Şakir ustad aşıq olmaqla bərabər,həm də ustad xanəndə idi.Bəmdə oxuyan zaman səsi həzim bir çeşmə kimi axar,zildə oxuyanda isə gur dağ çayları kimi çağlayardı Açıq demək lazımdır ki,muğamatın zildə ifa olunan qollarını,onun zəngulələrini, səs ahənginin al-əlvanlıq çalarlarını çox xanəndə onun kimi ifa edə bilmir. Şakir təkcə aşıq-ifaçı olaraq qalmamış,eyni zamanda yaradıcı bir sənətkar olmuşdur.O,yüzlərlə şerin müəllifi,eyni zamanda iki gözəl dastanın ("Qırx il","Etibarlı dost")yaradıcısıdır. Sənətin sirlərinə dərindən vaqif olan böyük ustad aşıq sənətini bütün yaradıcılığı boyu kamilləşdirirdi.O,hər hansı bir dastanı söyləyən zaman çoxlu muğam, təsnif,gəraylı,təcnis oxuyar, beləliklə dinləyicini yormaz,vaxtın necə gəlib-getdiyini bilmək olmazdı.Onun istedadı,ilhamı xalqımızın idi.O öz əvəzsiz sənətilə qəlbləri oxşayır,partiyamızın kütlələri tərbiyələndir -mək üçün irəli sürdüyü qərarları öz yaradıcılıq işinin ruhu,əsası,qayəsi bilirdi.Ona görə də respublika -mızın mədəni tədbirlərində daha fəal iştirak edir,çoxlu dinləyici qarşısında,böyük konsert salonlarında çıxış edirdik. Bakıda, respublikanın başqa şəhər və rayonlarında Şakirin çıxışları el bayramlarına çevrilirdi. O,1968-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Həmin ongünlükdən sonra ona "Əməkdar mədəniyyət işçisi "fəxri adı verildi.Aşığın sinəsini orden və medallar bəzəyirdi.Onun daha böyük mükafatı isə ümumxalq məhəbbətidir. Məclislər yaraşığı olan Aşıq Şakir Hacıyev həddindən artıq təvazökar idi,öz peşə yoldaşlarının sənətinə yüksək qiymət verirdi.Ustad balabançı Əli Kərimovun, Həsrət Hüseynovun,Ağasəf Seyidovun,İzzətalı Zülfüqarovun, Aşıq Bilalın, Aşıq Məmmədağa Babayevin gözəl sənət ustalıqlarından məhəbbətlə danışardı..Oxuyardı aşıq, məhəbbətdən,sədaqətdən,bütövlükdən,bir də ürəkdən.Vəsf edərdi ürəyin hissini, sevgisini, zərif duyğularını. Bir də deyərdi:Əgər ürək daim məhəbbətlə döyünmürsə,demək o,heç ürək deyil,o ki, mənə gərək deyil.Vaxt tamama yetmədi,ömür başa vurulmadı,ürək vəfasızlıq etdi.Bahar ömürlü bir sənətkarın ürəyi bir bahar günündə qarlı zimistana çevrildi.Sənətkar vaxtsız getdi dünyadan. Lakin onun sənəti və xatirəsi xalqımızın yadından heç zaman silinməyəcəkdir.

(Birlik,11 Avqust 1979-cu il,№94)