Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
Haldan-hala dönən bu səs,hərəkət, təbəssüm,odlu baxışlar mənə tanışdır.Mənalılığı ,şirinliyi və kövrəkliyi ilə yaddaşıma əbədi həkk olunub.Səsini eşidirəm.Radioqəbuledicinin səs düyməsini axıracan açıram.Otağıma kövrək bir səs dolur.Bu sənsən... Ekranın qarşısındayam.Şair Mirzə Şəfi Vazeh öz şerlərini söyləyir.Bu baxışlar mənə tanışdır..Bu sənsən..Tamaşaya baxıram..Səhnədə C.Cabbarlının”Aydın”pyesi göstərilir.

Bu kədərli səs,yaratmaq eşqi ilə döyünən ürək, bu çevik hərəkət sənindir, Aydını oynayırsan.Gözlərim divar- larda, qəzetlərdə elanları gəzib.Dram afişalarında sənin adını axtar -mışam.Ədəbi məclislərdə yığıncaqlarda həm -işə səndən söz salmışam. Səhnədə yaratdığın obrazlar haqqında uzun-uzadı danışmaq istəmişəm.Bəzən təklikdə öz-özümə Aydın, Şeyda, Azər olmaq istəmişəm. Bəzən də mənə əziz olan bir aktyorun obrazını oynamaq istəmişəm. Bu aktyor sənsən,Mikayıl!..Haşiyə: Adını tez-tez dram afişalarında axtardığımız,özünü mavi ekranda gördüyümüz,sə

sini efirdən eşitdiyimiz istedadlı aktyor Mikayıl Mirzəyev rayonumuzda böyüyüb boya-başa çatıb. Aktyor olmaq ! Hələ uşaqlıqdan bu həvəs qəlbinə hopmuşdu. Tez-tez məktəb səhnəsində tamaşaya qoyulan pyeslərdə baş rolları Mikayıl oynayırdı. Bu istedadlı gənc orta məktəbi bitirdidən sonra M.A.Əliyev adına İncəsənət İnstitutunun dram aktyoru fakültəsinə daxil oldu. Aktyorun sənət aləmində çətin günləri, narahat anları,yuxusuz gecələri bundan sonra başlanır. SSRİ xalq artisti, professor M,Məmmədov kimi bir sənətkardan dərs alır.Azərbaycan Dövlət İncəsənt İnstututu nəzdindəki “Tədris” teatrında fəaliyyətə başlayan Mikayıl Mirzəyev hal-hazırda M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının istedadlı aktyorlarından biri sayılır.Alqış dedik.Yaxşı yadımdadır.Rayon mədəniyyət evində tamaşaya qoyulan pyeslərdə siz üç nəfərin-Səməndər Rzayevin,Rasim Balayevin və sənin oynadığın obrazlar həmişə tamaşaçılar tərəfindən alqışlanırdı. Rayonun teatr həvəskarları sənin ”Madarın dastanı” pyesində Madar,” Ac həriflər” də kababçı Həsən ,”Ər və arvad”da nökər Səfi,”Vaqif” də Eldar obrazlarını unutmayıblar. Sən bu rolları o qədər təbii oynayırdın ki , tamaşaçı sənin gələcəyini görürdü .Onda inam yaranırdı ki sən gələcəkdə istedaalı bir aktyor kimi yetişə, kamilləşə bilərsən.1973-cü ildə “Tədris” teatrında “Aydın”dramı tamaşaya qoyulmuşdu. Bu sənin diplom işin idi. Sənə etimad göstərilmişdi, əsərin baş rolunu Aydını sən oynayacaqdın.Tamaşaya nə qədər adam toplaşmışdı.Sənin yaratdığın Aydın o qədər təbii,o qədər həyati idi ki,o səni sənətsevərlərə tanıtdı.Sən bir kino aktyoru kimi “Yeddi oğul istərəm” bədii filmində Mürşüd, “Qatır Məmməd”də Qası

Bu sənin səsindi:m, ”Dədə Qorqud” da Məzarçı oldun. Sənin haq- qında xoş sözlər eşitdik. Rayona gec-gec gəldin.”Mavi ekran”da gördük üzünü .Efirdə eşitdik səsini. Təşkil edilmiş təntənəli gecələrdən aldıq sorağına sevindik.

...Unuda bilmirəm o günləri.Beş-altı yaşım ancaq olardı.Tapmaca deyərdik.Uduzan mütləq şer deməli ,yaxud mahnı oxumalı idi.Mənsə uduzanda həmişə şer deyirdim.Haradan öyrənmişdim bilmirəm. Sabirin “Uşaq və buz “ şerini söylədim Hamıya olduğu kimi mənə də əl çaldılar. Bu alqış elə bil məni sehirlədi. İstəyirdim elə uduzam,şer söyləyəm,hamı məni alqışlasın.Unuda bilmirəm o günləri..Mənim üçün ən əziz,ən xoş xatirələrlə bağlı kövrək illəri..Mikayıl haqqında söz:Ona yaxın iki adam tanıyıram.Onlara sualım belə oldu:

-Sənət aləmində Mikayılı sizə bir aktyor kimi sevdirən hansı hissdir? Onların cavabları olduqca maraqlı idi.Ona görə də bu cavabları olduğu kimi oxuculara çatdırıram.Böyükkişi Pənahov ( Jurnalist): Mikayılın teatr, kino haqqında söhbətlərdə onun nəyinsə xatirinə ikitərəfli, qeyri müəyyən ,güzəştli ,şəraitlə hesablaşaraq danışdığını görməmişəm.Yəqin elə buna görədir ki, o,istedadını,öz gücünü göstərmək üçün zəruri olan imkan və şəraiti çox çətinliklə, çoxlarının davam gətirə bilməyəcəyi gərginlik bahasına tapmışdır.Kamil Abdullayev, (ADU-nun Aspirantı) Mikayıl bir aktyor kimi uğursuz addım atmasa da, məncə o,hələ sənətdə öz yerini tapmayıb. Ancaq inanıram ki, belə günlər gələcək və həmin günlər Mikayıl ömrünün bayramına çevriləcəkdir. Sağlıq olsun.Ümid edirəm ki...Sənin bir aktyor kimi imkanların genişdir.Sənət aləmində istedad sahibisən, özü də parlaq istedad...Ümid edirəm ki,sən sənət zirvəsinə qalxan pilləkəndə öz pilləni tutacaqsan...

(Birlik,10 Fevral 1977-ci il ,№ 18)