Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
"Günəşli ömrün nəğmələri".Dahi rəhbərimiz V.İ.Leninin günəşli ömrü, mübarizə dolu həyatı bu kitabçada öz parlaq əksini tapmışdır.

Geriyə götürməz sözünü zaman...

Xeyr,sonsuz deyil Marks ağalar!

Yerlərin,göylərin xoşbəxtliyindən

Onun Lenin kimi bir varisi var

Xalq şairimiz S.Vurğunun bu misralarını haqqında danışdığımız kitaba epiqraf seçmək olar.Bir sözlə," Günəşli ömrün nəğmələri" kitabçasında əziz rəhbərin həyatı şerin və publisistikanın nuru ilə poetik şəkildə işıqlandırılmışdır.Gənc ikən həyatdan getmiş,qəlbi həmişə yazmaq-yaratmaq eşqi ilə dolub daşan sevimli şairimiz Mikayıl Müşfiqin "Gənclik" nəşriyyatı tərəfindən çap edilən şerlər və poemalar kitabı "Yenə o bağ olaydı. "adı ilə oxucuların ixtiyarına verilmişdir. Kitabda şairin lirik şerlərinin ən yaxşı -ları, "Səhər","Dağlar faciəsi" və "Azadlıq dastanı" poemaları verilmişdir. Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki, Böyük günlər,şanlı günlər,şən günlər ,yoluna düşən günlər hələ qarşımız- dadır ! Kitabdakı əsərlər bədii oxşatma,təşbeh,mübaliğə və başqa bədii təsvir vasitələri ilə zəngindir. Yazıçı Əlfi Qasımovun "Könül sevən..."kitabında "Adilənin taleyi"romanı və "Aytəmizin dəftərləri" povesti çap olunmuşdur.Hər iki əsərdə müasirlərimizin həyatından bəhs edilir. Dağıstan xalq şairi, SSRİ Lenin mükafatı laureatı Rəsul Həmzətovun "Mənim Dağıstanım" kitabının birinci cildi oxucu- larımızın dərin marağına səbəb olmuşdur.İndi həvəskarları həmin kitabın ikinci cildi ilə tanış ola bilərlər. Şairə Mədinə Gülgün yeni şerlər və poemalar kitabına belə bir ad vermişdir: "Arzu da bir ömürdür". Kitabı vərəqlədikcə,buradakı əsərləri oxuduqca gah kövrəklik dərəcəsində zərif ,gah da şəlalələr saçacaq dərəcəsində alovlu duyğularla çırpınan misralarla rastlaşırıq.r!

Heçdi şöhrət də,ad da.

Təntənə də,büsat da.

Boş görünər həyat da

Məhəbbət olmayanda.

Gənc şair İsa İsmayılzadənin "Torpaq nəğməsi" adlı yeni şerlər kitabı beş əsas bölməyə ayrıl-mışdır."Baxt sorağında"bölməsində şair ömrün mənalı illərindən,aylarından poetik dildə söhbət açır: "Üfüqlər söykənən kənd","Planetim mənim","Naxçıvan duyğuları"bölmələrində toplanan şerlər də oxunaqlıdır,lakonikdir. "Səhər şəfəqləri"kitabında hələ inzası oxuculara az tanış olan gənc şairlərin şerləri toplanmışdır.Bu şerlərdə olunur.Kitabxanaya daxil olan kitabların arasında müasir Azərbaycan yazıçısı Hüseyn Abbaszadənin seçilmiş əsərlərinin birinci cildi də vardır.Kitab "Qapını döyürlər"povesti ilə açılır.Əsərdə müasir -lərimizin maraqlı həyatı rəngarəng və dolğun şəkildə qələmə alınmışdır. Kitabdakı"Qaradağ əhvalatı","Evə kölgə düşür"və.s.əsərlər də maraqla oxunur.Yazıçı Tofiq Əfəndiyevin "Prokuror"pomanı sovet qanunlarının keşiyində duran mübariz insanların fəaliyyətinə həsr olunmuşdur.Əsərdə gənc prokuror Hekayətin əliəyrilərlə, tüfeyli həyat sürənlərlə ,sosialist əmlakını dağıdanlarla mübarizəsi canlı əks etdirilmişdir.

(Birlik,11 İyun 1977-ci il ,№68)