Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
Yayın əvvəllərində jurnalist tanışımla Padar kəndinə getmişdik.Bakı-Qazax magistralından burulub kəndə sarı yönələndə yol yoldaşım dedi:

-Getdiyimiz kənd yəqin ki, rayonun ən yaxşı kəndlərindəndir.

-Nədən bildiniz?-dedim.O,yaşıl tarlalar və sarı zəmilərlə naxışlanmış düzəndə lent kimi uzanan asfalt yolu göstərib:

-Abad kən

d yolundan bil

inər,-dedi.-Maşın yağkimi gedir.Sakit yay səhəri idi.Kolxoz idarəsinin həyətindəki cavan çinarlar elə bil donmuşdu, yarpaqları belə tərpənmirdi.

Torpaq isti,hava bürkü idi.Ancaq kolxoz idarəsi ilə kənd yeməkxanasının arasındakı artezian bulaqdan göz yaşı kimi duru,sərin su şırıltıyla axıb tökülürdü.Bir azca aralıdakı xırmanda işləyən kolxoz- çular,kombaynlardan dən daşıyan şoferlər işdən bir macal tapan kimi qaçıb başlarını bu suyun altına tutur,üz-gözlərini, boyun-boğazlarını isladır,ovuclarını qoşalayıb suyu başlarına çəkirdilər.Bəziləri də yeməkxanada bir stəkan məxməri çay,yaxud sərin "Badamlı" içməyi üstün tuturdu.Bulağın başına bir dəstə oğlan-qız yığışıb dil-boğaza qoymadan nə barədəsə höcətləşirdi.Bunlar kənd orta məktəbini təzəcə bitirmişdilər. Kolxoza üzv yazılmağa gəlmişdilər.Onların bəziləri cins mal bəslənən heyvandarlıq kompleksində, bəziləri pambıq tarlalarında işləyəcəkdilər.Bir neçəsi isə traktorların sükanı arxasında əyləşəcəkdi.Onlardan biri:

-Gedək mağazaya,özümüzə əməlli başlı iş paltarı alaq,-dedi:Gənclər həvəslə yaxınlıqdakı mağazaya qaçdılar.Kəndin dörd tərəfi dalğa-dalğa sarı taxıl zəmiləri,yaşıl pambıq tarlaları idi.Bu tarlalara,bu zəmilərə kəndin daşlı küçələrindən neçə-neçə yol ayrılırdı.Bu yollarda taxıl gətirən,tarlalara gübrə aparan maşınlar,ot,küləş yüklü lafetlər görünürdü.Maşınların hərəkətində,adamların danışığında bir işgüzarlıq, bir həvəs hiss olunurdu.O da hiss olunurdu ki, bu adamlar kolxozun qabaqcıllar sırasında addımlayacağına əmin idilər. Öz güclərinə yaxşı inanırdılar. Kolxoz idarəsinin böyük otaqlarından birində qoyulmuş,gəlib-gedənin hamısının diqqətini cəlb edən qızıl bayraq-Azərbaycan KP MK-nın,respublika Nazirlər Sovetinin, AHİŞ-in

-Yaxşı işləyirsiz,yaxşı da yaşayırsınız.Bu firavanlığın qədrini bilin. və respublik LKGİ MK-nın keçici bayrağını əldə saxlamaq onların ən böyük arzusu idi. Bol məhsullu taxıl zəmilərini,yaxşı becərilmiş pambıq tarlalarını görmək,əlbəttə,xoş idi.Lakin ən çox xoşa gələn zəmilərdə,tarlalarda çalışan adamların qarayanız üzlərindəki məmnunluq,razılıq ifadəsini görmək idi.Hətta gərgin əmək isti və yorğunluq da bu ifadəni pərdələyə bilməmişdi.Bilmək çətin deyildi ki,kambinizonlu kombaynçıların, adi çitdən don geymiş qız-gəlinlərin evdə bahalı qəşəng-qəşəng kostyumları,iynədən təzəcə çıxmış paltarları var.O patarların yaxasını neçə-neçə yüksək dövlət mükafatları bəzəyir.Kolxoz idarəsində sevinclə bildirdilər ki,təkcə keçən ilin yekununa görə 10-nəfərdən çox kolxozçu orden və medallarla təltif olunmuşdu.Onların arasında Lenin ordeni,Oktiyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordeni alanlar da vardır.Bu kolxozçuların gərgin işdən, istidən və yorğunluqdan çəkinməmələri bizə təbii gəldi.Çünki bilirdik ki, onlar gərgin işdən sonra bağlı-bağatlı evlərdə,rahat otaqlarda, sarmaşıqlı aynabəndlərdə dincələcəkdilər,bol nemətli süfrələr arxasında əyləşəcəkdilər. Musiqiyə,nəğməyə qulaq asacaq, əyləncəli verilişlərə tamaşa edəcək,Bakıdan, Mosvkadan,az qala dünyanın hər yerindən xəbər tutacaqdırlar.Sakit arxayın,sabahkı günə böyük inamla yuxulayacaqdılar. Günəş Xəzinə dağını arxasına enir,Girdimançayın şabalıdı rəngli suları tutqunlaşırdı.Bu vaxt evlərdə yüzlərlə çıraq alışdı. Adamlar maşınlı,piyada kənd mədəniyyət evinə axışırdılar.Kimi açıq havada konsertə tamaşa etməyi,kimi də kinoya baxmağı üstün tutur.Mədəniyyət evininin həyətində onlarca minik maşını sıralanır.Bu maşınlardan düşənlərin çoxu gündüz iş üstündə gördüyümüz kolxozçular idi.Biz kolxozçulara xoş istirahət arzulayırıq.Jurnalist tanışım öz təəssuratını bildirmədən ayrılmaq istəmirdi:

-Axı, onun qədrini necə bilməyək? Biz onu bu torpaqdan,Girdimançayın sularından bax,bu əllərimizlə almışıq...

İndiyədək heç kəsin diqqətini cəlb eləməyən orta boylu bir qoca irəli çıxıb 38-40 yaşlı cavan kolxozçunun sözünü kəsdi.

-Düz deyirsən,oğlum,torpaq su bizim diriliyimizdir.Ancaq bu cah-cəlalı bizə nə torpaq verib,nə su.Onu bizə doğma partiyamız,sovet hökuməti verib.Girdiman min illərdən bəri axırdı,torpaq ondan da əvvəl vardı.Amma uzaq yox,elə sənin yaşından əvvəl nə belə kəndimiz vardı,nə belə evlərimiz,nə belə dolanacağımız,nə belə pambığımız,taxılımız vardı.Bu torpaqda qara tikan bitərdi.Biz də onu qırıb dalımıza şələləyib satardıq. Adımız da kolsatan idi.Bu novrağı bizə Lenin verdi...

(Birlik,2 Avqust 1977-ci il,№90)