Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Səndən söhbət açmaq istəyirəm,qoynunda böyüyüb boya- başa çatdığım ana nəvazişli doğma kəndim! Sənin bu günkü yüksəlişini görəndə ürəyim sevincdə köksümə sığmır,fərəhlənirəm.Sənin keçmişinə aid xatirələri dinləyəndə S.Vurğunun dediyi bu misralar yadıma düşür:

Kim bilir ne

Tarixin nə qədər yazısı vardır?çədir dünyanın yaşı,

Hər saxsı parçası, hər məzar daşı,

Nəsildən-nəsilə bir yadigardır.

Bəli,mənim doğma kəndim,sənin keçmişini sinəsi müdrik sözlərlə dolu olan ixtiyar babalardan, dünyagörmüş ağbirçəkli nənələrdən eşitmişəm. Həyatının yetmişə yaxın ilini zəhmətə,şərəfli əməyə bağlayan,kəndin ən qocaman sakini,90 yaşlı Məcid baba deyir:

-İlxıçı kəndi o zaman 80 evdən ibarət idi.Kəndin sağ tərəfində,indiki "Sarı təpə"deyilən yerdə bəylər məskən salmışdılar.Torpaq,su bəylərin əlində idi.Saday bəy,Abduləziz bəy,Lətif bəy,Məcid bəy, kəndlilərə divan tuturdular.O zaman kəndlilər ağır şərtlərlə götürdükləri torpaqda çəltik,taxıl və tərəvəz yetişdirərək məhsulun çoxunu bəylərə verirdilər.Yerdə qalanını da bəylər müxtəlif bəhanələrlə əlimizdən alırdılar. Bəli,kəndin keçmişi belə qaranlıq idi.Nəhayət,bir gün başımız üstündə günəş doğdu.Bu günəş Böyük Oktyabr sosialist inqilabının azadlıq günəşi idi.Bu günəşin şəfəqləri elləri dolaşdı,odlar diyarı Azərbaycana,onun kiçik bir parçası olan doğma kəndimizə də azadlıq,səadət gətirdi.Oktyabr şəfəqləri ilə nurlanmış kəndimiz öz simasını tamamilə dəyişmiş,uçuq-sökük daxmaları üstü şiferli,dəmirli ikimərtəbəli,yaraşıqlı evlərlə əvəz edilmişdir.İndi hər evdə televizor,soyuducu,maqnitafon,radio vardır.İliç lampaları kəndin gecəsini nura qərq edir.Kənddə çox adamın"Jiquli",Moskviç"markalı minik maşını vardır.İndi İlxıçı kəndində 50 nəfərə yaxın orta və ali təhsilli mütəxəssis çalışır,30 nəfər gənc isə respublikamızda və ölkənin başqa şəhərlərində-Lvovda,Daşkənddə ali və orta ixtisas məktəblərində təhsil alır.Kənd əməkçiləri bu yaxınlarda Böyük Oktyabr sosialist inqilabının 60 illik yubileyinə gözəl bir hədiyyə də alacaqlar.Kənddə avtomat telefon stansiyyası tikiləcəkdir. Orta məktəbdə kənd əməkçilərinin balaları elmlərin əsaslarına yiyələnirlər.İndi ilxıçılılar evlərin bəzəyi olan "mavi alov"dan istifadə edirlər. Klub, kitabxana, yemək -xana çayxana, rabitə şöbəsi,tibb məntəqəsi,mağaza kənd əməkçilərinə xidmət edir. Oktyabır şəfəq- ləri ilə çiçəklənən,azadlıq günəşi ilə nurlanan mənim doğma kəndim,sənin sabahın daha gözəl olacaqdır!

(Birlik,28 Aprel 1977-ci il,№51)