Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
SSRİ-də bütün tarix və mədəniyyət abidələri xalqın sərvəti sayılır.Sovet dövləti mədəni irsə münasibətin Lenin prinsiplərinə əməl edərək, kommunizm quruculuğunun xeyrinə abidələrin mühafizəsi və onlardan səmərəli istifadə edilməsi üçün hər cür şərait yaradır.SSRİ xalqlarının tarix və mədəniyyət abidələri keçmiş nəsillərin maddi və mənəvi həyatını, Vətənimizin çoxəsrlik tarixini,onun azadlığı və istiqlaliyyəti uğrunda xalq kütlələrinin mübariz -əsini ,inqilabi hərəkatın, Böyük Vətən müharibə- sinin cahan-şümul əhəmiyyətini, Sovet sosialist dövlətinin təşkkülünü və inkişafını əks etdirir. Abidələr elmin, incəsənətin inkişafı, zəhmət -keşlərdə yüksək sovet vətənpərvərliyi hisslərinin formalaşması,onların ideyamənəvi, beynəlmiləl və estetik tərbiyəsi məqsədlərinə xidmət edir. Respublikamızın paytaxtında,ayrı-ayrı rayonların mərkəzlərində və kəndlərində tarix və mədəniyyət abidələri çoxdur. Həmin abidələri mühafizə etmək, gənc nəslə tanıtmaq hamımızın vətəndaşlıq borcudur.Rayonumuzun ərazisində də qədim dövrdə və Sovet dövründə yaradılmış abidələr mövcuddur.Ağsu şəhərinin 3 kilometrliyində yerləşən XV əsrin yadigarı "Şeyx Dursun" türbəsi öz tikilişi etibarı ilə diqqəti cəlb edir.Bu künbəz ağ daşda tikilmiş, 8 guşəli piramida şəklində olan gözəl sənətkarlıq nümunəsidir.Nüydü kəndində bağ salınarkən üzə çıxarılmış,eramızdan əvvəl II-I əsrlərə aid olan qədim qəbristan tarix və mədəniyyət abidələri üçün zəngin material vermişdir.Buradan müxtəlif saxsı qablar və dəbilqələr tanılmışdır .Rayonumuzun Padar kəndində Kirdiman çayının sol sahilində "Xəzinə dağı" adlanan təpənin yamaclarında qədim qala izləri qalmaqdadır.Onun divarları iri çay daşları ilə möhkəm hörülmüşdür. Heç şübhəsiz ki bu tala şəhərlərarası karvansara və yaxud çaparxana olmuşdur. Bundan başqa, Ülgüc kəndi yaxınlığında "Yeni Şamaxı şəhərgahı",Bəyimli kəndində qədim tikinti qalıqları və başqa arxeoloji abidələ r vardır. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonar rayonumuzun mərkəzində və kəndlərində inqilab rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin bir sıra heykəlləri qoyulmuşdur, K.Marksın, V.İ.Leninin, S.M.Kirovun, Nizaminin, C.Cabbarlının, S.Vurğunun və başqalarının heykəlləri şəhər və kəndlərimizi bəzəyir.Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş həmyerlilərimizin xatirəsinə rayon mərkəzində ucaldılmış memuar-abidə bu cəhətdən təqdirəlayiqdir. Qəşəd ,Hinqar,Gürcüvan kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarına həsr edilmiş xatirə kompleksləri əzəmətlə ucalır.Bəzi abidə və memuarlar- ınn mühafizəsi yaxşı təşkil edilir.Həmin tarix və mədəniyyət nümunələri diqqətlə mühafizə edilir və təbliğ olunur.Tarix və mədəniyyət abidələrinin mühafizəsini və ondan istifadə edilməsi işini yaxşılaşdırmaq vacibdir.Bu irsdən kommunizm quruculuğunun xeyrinə istifadə etməklə,gənc nəsli keçmişimizə rəğbət ruhunda tərbiyə etməyə çalışmalıyıq.

(Birlik,5 İyun 1979-cu il, № 65)