Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Tarix müəllimi Gülümxan Tapdıqovun təklifi məktəb ilk komsomol təşkilatının yığıncağında alqışlarla qarşılandıMəktəbimizdə ölkəşünaslıq muzeyi yaradaq! Şagirdlərdən Zakir Qəhrəmanov,Sahib Süleymanov, Mahir Osmanov, Natiq İmanov və başqaları təklifdən razı qaldıqlarını bildirdi və eksponatların toplanmasında fəal iştirak edəcəklərinə söz verdilər. Bu çağırışa bütün şagirdlər həvəslə qoşuldu- lar .Əvvəlcə guşə yaratmaq,sonra isə onu muzeyə çevirmək qərara alındı.Şagirdlər tezliklə işə başladılar.Çox çəkmədi ki,məktəbdə ölkəşünaslıq guşəsi hazır oldu. Guşədə müxtəlif saxsı qablar,saxsı və mis dolçalar ,küpələr, saxsı və mis çıraqlar (qara çıraq),məişət əşyaları, gildən hazırlanmış qablar, üzərində metal işləmələri olan parçlar,çıraqlar,əmək və əkinçilik alətləri,kağız və mis pul -lar, qadın bəzək şeyləri (bilərzik,üzük,sırğa,kəmər və s.)və silah növləri toplandı.Gənc leninçilər guşəni muzeyə çevirməyi qərara aldılar. Artıq o vaxtdan altı ilə yaxın vaxt keçir.Şagirdlər indi məktəbdə gözəl bir ölkəşünaslıq muzeyi yaratmışlar.Muzey üç bölmədən ibarətdir.Qədim dövr bölməsi,orta dövr bölməsi və yeni dövr bölməsi.Hər bölməyə həmin dövrlərə aid müxtəlif əşyalar və maraqlı eksponatlar qoyul -muşdur. Gənc ölkəşünaslar rayonun Nüydü, Nuran,Ülküc,Padar,Qaraqoyunlu kəndləri yaxınlığında olan qədim insan məskənlərinə ekskursiyalar keçirir,həmin yerlərin qədim sakinləri haqqında məlumatlar toplayırlar.Şagirdlər rayonun ayrı-ayrı kəndlərini,onların adlarının yaranma tarixini və inkişaf mərhələ -lərini öyrənir,toplanmış materialları muzeyə təhvil verirlər. Gənc tarixçilər tarix və mədəniyyət abidələri haqqındakı eksponatları və başqa materialları muzey hədiyyə verirlər.Gənc ölkəşünaslar bu yaxınlarda rayon ərazisində qoruq əhəmiyyətli 1457-ci ildə tikilmiş"Şeyx Dursun"türbəsinə,Nüydü kəndi yaxınlığın -dakı qədim qəbristanlığa,Padar kəndində"Xəzinə"dağına,Ülgüc kəndi yanında "Yeni Şamaxı” qalıqlarına və başqa yerlərə ekskursiyalar keçirmiş,axtarışlar zamanı muzey üçün çox qiymətli olan eksponatlar əldə etmişlər. Məlum olduğu kimi"Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında "Azərbaycan SSR-in qanunu sosial inkişafımızın tələblərindən irəli gələn bir sənəddir. Xalqın maddi və mədəni sərvətlərinə hörmət etmək,onları qoruyub saxlamaq bizim borcumuzdur.Ağsu şəhərinin üç kilometrliyində XV əsrin yadigarı olan "Şeyx Dursun"türbəsi yeganə mədəniyyət abidəsidir.Ağ daşdan tikilmiş 8 guşəli pramida şəklində olan gözəl sənətkarlıq nümunəsidir.Hər tərəfinin eni1,6 metr hündürlüyü 3 metrdir.Qapı başındakı kitabədə tikintinin 1457-ci ilə aid olduğu göstərilmişdir.Şəhər ətrafındakı 4 qəbristandan məlum olur ki, şəhər doğrudan da XVIII əsrə aiddir.İndiki Ərəbuşağı kəndinin yerində tökülmüş süni torpaq təpə də, "Yeni Şamaxı"keşikçi məntəqələrindən biri olmuşdur."Yeni Şamaxı" qalıqlarıı Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə dövlət qoruğu elan edilmişdir.Nüydü kəndində üzümlük salınarkən üzə çıxarılmış eramızdan əvvəl II-I əsrlərə aid qədim qəbristan daha maraqlı məlumat vermişdir.Azərbaycan SSR Elmlər Akademiyasının ekspedisiyası tarix elmi üçün çox qiymətli qazıntılar aşkar etmişdir. Eramızdan əvvəl II-I əsrlərə aid bu yeraltı tarixi tapıntılar, həqiqə- tən ,həmin ərazilərdə qədim Qafqaz albanlarının yaşaması haqqında yunan tarixçisi Strabonun fikirlərinə tamamilə uyğun gəlir. "Yeni Şamaxı" şəhərgahında və Nüydü ərazisində tapılmış bir çox əşyalar Nuran kənd və şəhər internat orta məktəblərinin ölkəşünaslıq muzeylərində saxlanılır.Rayonumuzun Padar kəndində,Girdiman çayının sol sahilində də qədim yaşayış izlərinə rast gəlmək mümkündür.Burada xalq arasında"Xəzinə dağı"adlanan bir təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunmuşdur.İndi muzedə eramızdan əvvəl II-I əsrlərə, XV-XVIII əsrlərə, həmçinin müxtəlif dövrlərə aid qazıntılar zamanı əldə edilmiş qablar,silahlar,geyimlər,pullar,əmək və məişət alətləri,foto-şəkillər,yazılı məlumatlar və digər qiymətli eksponatlar toplanmışdır.Məktəb ölkəşünaslıq muzeyinin daha da zənginləşdirilməsində tarix müəllimlərindən Gülümxan Tapdıqov,Nizam Əsədov,pioner və məktəblilərdən Aybəniz Kərimova,Mikayıl Mustafayev,Süleyman Yarışov, Zülfiyyə Veysəlova və başqaları yaxından iştirak edirlər.Bəli, Ağsu şəhər internat orta məktəbində yaradılmış zəngin ölkəşünaslıq muzeyi sanki tarixi bir salnamədir.Muzeylə tanış olmaq hamı üçün faydalıdır.

(Birlik,3 Fevral 1979-cu il,№15 )