Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Ağsu-Kürdəmir şosesindən ayrılan asfalt yol hündür,nəhəng darvazadan keçib yaşıl ağacların arasıyla iki kilometrədək uzanır.Bu yol sizi Lenin adına kolxozun yerləşdiyi Qaraqoyunlu kəndinə gətirir. Əgər kəndə gündüz gəlsəniz,yaşıl saçaqlı söyüdlər,"ağ qızıl"lı tarlalar,yaraşıqlı evlər,səliqəli küçələr,meydançalar diqqətinizi cəlb edər.Əgər gecə gəlsəniz,onda kəndin gur işıqları gözlərinizi oxşayar.Adından göründüyü kimi Qaraqoyunlu kəndinin tarixi çox qədimdir.Ancaq bu günkü Qaraqoyunlunun demək olar ki,keçmişlə heç bir əlaqəsi yoxdur.Kənddə hər şey yenidir,təzədir,sovet dövrünü bəhrəsidir.Yaşıllıqlar qoynundan göz oxşayan yaraşıqlı evlər də,küçələrdə şütüyən minik avtomobilləri də,kolxoz idarə heyətinin binası da,onun qarşısındakı xatirə bulağı,böyük mədəniyyət sarayı da,yay kino-teatrı da...Qaraqoyunlu kəndinin tərəqqisi,onun əməkçilərinin xoş güzəranı kolxoz iqtisadi cəhətdən möhkəmlənəndən sonra başlanmışdır.Keçmişləri isə kəndin ağsaqqalları yaxşı xatırlayırlar.Keçmiş Azərbaycan kəndinə məxsus komalar,palçıq küçələr,hisli-tozlu daxmalar...Bax,beləcə olub onların günü,rüzigarı...Bəs,bu gün kənd əməkçilərinin məişəti necədir? Bundan ötrü sadəcə olaraq qarşınıza çıxan kolxozçu evlərinin birinə gürmək kifayətdir. Bu evdə İliç lampasının gur işığını,rahatlıq və təmizlik rəmzi olan mavi qazın şölələndiyini, avtomat üsulla işləyən telefon,televizor,radio,soyuducu və kitab rəfi görəcəksiniz.Qaraqoyunlunu nahaq yerə savadlılar kəndi adlandırmırlar.İndi burada demək olar ki,hamının savadı vardır.Onun yetirmələrinin sorağı uzaqlardan gəlir.Orta məktəbdə dərs deyən 50 nəfərədək müəllimin demək olar ki, hamısı kəndin öz yetirməsidir. Kolxoz təsərrüfatında çalışan onlarca mütəxəssis də vaxtilə bu məktəbdə oxumuşdur.Kənddə elə bir ailə tapmaq çətindir ki, orada heç olmasa ən azı iki nəfər ali təhsilli adam yetişməsin.Elə ailələr də vardır ki,artıq onların övladları elm aləmində tanınmağa başlamışlar.Abad qəsəbəni xatırladan Qaraqoyunlunun əməkçiləri kənd mədəniyyət evində dincəlməyi, müxtəlif bədii özfəaliyyət dərnəyində məşğul olmağı, yerli artistlərin və qonaqların çıxışlarını dinləməyi,filmlərə tamaşa etməyi çox sevirlər.Mədəniyyət evinin müdiri,kəndin öz yetirməsi, ali təhsilli mədəni-maarif işçisidir.Kolxoz iqtisadi cəhətdən möhkəmləndikcə kənd əməkçilərinin güzəranı daha da yaxşılaşır.Hazırda kolxoz idarə heyəti kəndə ikinci bulaq çəkmək haqqında əməkçilərin təklifini həyata keçirmək barədə tədbirlər görür.Ölkəmizin bütün əməkçiləri kimi qaraqoyunlular da, SSRİ Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında təsbit olunmuş SSRİ Konstusiyasını böyük ruh yüksəkliyi və əmək coşqunluğu ilə qarşılamışlar.Onlar bu sənəddə haqlı olaraq öz kəndlərinin daha böyük tərəqqisini görürlər.Kəndin ağsaqqalı, uzun müddətdən bəri kolxoz idarə heyətinə başçılıq edən A.Məmmədov deyir:"İndi biz kəndimizi qəsəbə adlandırsaq heç də səhv etmərik.Ancaq onun şəhərə çevriləcəyi gün də uzaqda deyildir".

(Birlik,15 Oktyabr 1977-ci il, № 122)