Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Azərbaycan radiosunun qızıl fonduna yeni bir musiqiçinin lent yazıları daxil olmuşdur.Bu musiqiçinin adı Fikrət,familiyası Əliyevdir.İndi tez-tez radiodan bu sözləri eşidirik:

-Çalır Fikrət Əliyev.Bəli, o,el sənətini, baba sənətini yaşadır.Fikrət musiqi alətlərimizin bir növü olan zurna və balabanda çalmağı mərhum babası,Azərbaycan xalq musiqisinin yaradıcılarından olan ustad Əli Kərimovdan öyrənmişdir.Musiqiyə və onu ifa etməyə həvəs Fikrətdə 10-12 yaşlarında ikən yaranmışdır.Bunu babası da hiss etmişdir.Fikrətin musiqi qavrama qabiliyyəti ustad sənətkara xoş gəlmiş və onunla xüsusi məşğul olmuşdur.Fikrət babasının dəstəsində el şənliklərində,bədii özfəaliyyət konsertlərində iştirak etməyə başladı.Artıq o, püxtələşməyə,"yorulanda"babasını əvəz etməyə başladı....1950-ci ildə Azərbaycanda Sovet hakimiyəti qurulmasının 30-cu ildönümü münasibətilə Bakıda şənliklər başlanmışdı.Birinci dəfə idi ki,Fikrət belə böyük məclisdə iştirak edirdi.O,babası ilə bir dəstədə çıxış edirdi.Ansamblın bu şənlikdə qazandığı müvəffəqiyyətdə Fikrətin də payı vardır.1957-ci ildə Ağsuda rayon gənclərinin ikinci festivalı keçirilirdi.Həmin festivalda Fikrət artıq müstəqil çıxış etmiş və rayon komsomol komitəsinin tərifnaməsi ilə təltif olunmuşdur.Fikrət babasının bəstələdiyi 70-ə yaxın nəfis musiqi növlərini indi sadəcə olaraq təkrarlamır,həm də onlara yeni şaqraq xallar artırır.Fikrət Əliyev özü də bir neçə musiqi numunələri yaratmışdır.O,1962-ci ildə respublika üzrə keçirilən festivalda müvəffətiyyətinə görə həmin Böyük Oktyabrın 50 illik yubileyi münasibətilə keçirilən özfəaliyyət incəsənət festivalında birinci dərəcəli diplomla təltif olunmuşdur.Fikrət Əliyev balabanda zurnada,dəfdə,sazda,tarda,klarnetdə el havalarını məharətlə ifa edir.Hazırda ölkəmizin hər yerində Böyük Oktyabrın 60 illik yubileyinə geniş hazırlıq görülür.F.Əliyev Bakıda keçirilmiş Bədii yaradıcılıq festivalının iştirakçısı olmuş və festivalın diplomuna layiq görülmüşdür.F.Əliyev həm də gözəl tərbiyəçi və böyük bir ailənin başçısıdır.O,doqquz uşaq atasıdır.Ailə ansambıl yaratmışdır.Oğlu Amil zurnada və balabanda,Kamil nağarada,tarda və qarmonda,Habil isə nağarada və qarmonda məharətlə çalırlar. Bəli,el sənəti yaşayır,inkişaf edir .Gənc nəslin qayğısı hesabına..

(Birlik,19 Fevral 1977-ci il,№22)