Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Ağabəyli kənd kitabxanasının müdiri Fəridə Ağayeva adəti üzrə hər gün nahar fasiləsində K.Marks adına kolxozun pambıq tarlalarına gəlir, pambıqçılara mədəni xidmət göstərir.Kolxozdakı 5 nömrəli briqadanın tarla düşərgəsində Fəridə səyyar kitabxana təşkil etmişdir.Burada həmişə maraqlı kitablar,yeni qəzet və jurnallar görmək olar.Kolxozçular nahar fasiləsində mütaliə ilə məşğul olurlar.Pambığçı qızlardan Afət Hüseynova,Gülbanu Şirinova,Gülxar Ağayeva və başqaları istirahət vaxtlarında çoxlu kitab oxumuşlar.F.Ağayeva pambıqçılar üçün tarla vərəqələri buraxmağı da unutmur.Burada becərmədə fərqlənən əməkçilərin yaxşı işi qeyd edilir,alaqlı sahələrin sahibləri tənqid olunur.

(Birlik,17 İyul 1976-cı il,№84)