Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Partiya və hökumətimizin qərar və göstərişlərinin təbliğində,müxtəlif elmi biliklərin yayılmasında,kommunizm qurucusu olan yeni insanın formalaşmasında kitabxanaların rolu misilsizdir.Kitabxanalara müraciət edənlərin sayı ildən-ilə,aydan-aya artır.Biz kitabxana işinin təşkilini diqqət mərkəzində saxlamaqla yanaşı,kitabxanada keçirdiyimiz bütün tədbirlərdə oxucu qruplarını,onların təhsil xüsusiyyətlərini də nəzərə alırıq.İndi kitabxanamızda 5.000-dən çox kitab vardır.Mövsümi işlərlə əlaqədar olaraq Lenin adına kolxozun 4 briqadasında səyyar kitabxana yaratmışıq,İndi kitabxanamızın 283 nəfər oxucusu vardır.Biz Sov.İKP XXV və Azərbaycan KP XXIX qurultaylarınınmaterial-larının təbliğinə xüsusi diqqət yetiririk.Bu münasibətlə sərgilər təşkil etmiş,müntəzəm surətdə mühazirələr,söhbətlər,ucadan qiraət keçiririk."Sov.İKP XXV qurultayının qərarları kommunizm quruсuluğunun mübariz proqramıdır","Sov.İKP xalqın ilhamverici təşkilatçısıdır" və s.mövzuda mühazirələr dinləyicilərin xoşuna gəlmişdir.Görkəmli şair və yazıçııların yubileylərinin, eləcə də əlamətdar,tarixi günlərin qeyd edilməsi bizdə bir ənənəyə çevrilmişdir.Sevimli şairimiz S.Vurğunun anadan olmasının 70 illiyinə hazırlıq və onun keçirilməsi dövrü bizdə əsil bayram idi."S.Vurğun yaradıcılığının xüsusiyyətləri",”Muğan"poemasında əməyin tərənnümü"və s.mövzularda keçirilmiş oxucular konfransında,söhbətlərdə oxucularımız həvəslə və fəallıqla iştirak etmişlər.Bununla yanaşı,keçən il biz alovlu inqilabçı M.Əzizbəyovun 100 illiyini,xalq şairi S.Rüstəmin 70 illiyini,böyük rus şairi N.Tixonovun 80 illiyini də təntənəli surətdə qeyd etmişik.Biz kitabxanaya geniş oxucu kütləsi cəlb etmək üçün əlimizdən gələni əsirgəmirik.

(Birlik,26 Fevral 1977-ci il,№25)