Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
O, sevimli şagirdi Zöhrab Mehdiyevdən aldığı məktubu həyaçansız oxuya bilmir, hədsiz dərəçədə sevinirdi.Məktubda deyilirdi: “ Əziz və hörmətli müəllimim, indi məni təbrik edə bilərsiniz. Mən bu yaxınlarda doktorluk dissertasiyası müdafiə etmişəm”.Bu,ilk məktub deyildi.O,tez-tez kec-miş şagirdlərindən belə məktublar alır.Belələrinə kimya elmləri namizədləri Oktay Babayevi, Nəbi Bürçəliyevi, biologiya elimləri namizədi ƏIəsgər Qoçamanovu, Səlim Allahyarovu, Ağabəy Vəliyevi və başqalarını misal göstərmək olar.Bir nömrəli şəhər orta məktəbinin kimya müəllimi Ağasəf Həsənov 40 ilə yaxındır ki, pedaqoji işdə çalışır.Bu, şərəfli və mənalı müəllim ömrüdü.Dərsə verilən tələblərdən söz düşəndəAğasəf müəllim şagirdləri fəallaşdirmağın zəruri olduğunu bildirir.Onun bütün baçarığı vahid məqsədə-qarşıya qoyulmuş mövzunun möhkəm öyrənilməməsinə xidmət edir. Ağasəf müəllim hər bir dərsişagirdlərin gərgin zehni fəaliyyəti şəraitində aparmaq məqsədilə düşündürüçü, problem xarakterli suallar qoyur, onların həlli ücün ən cox səmərəli yollar secir.Ağasəf Həsənov eyni zamanda yeni bilik verərkən şagirdlərin tanış olduqları kecmiş biliklərinə istinad edir, onları bu yol ilə fəallaşdıra bilər.Ağasəf Həsənovun iş üsulunda diqqəti çəlb edən çəhədlərdən biridə onun son dərəçə səbirli və qayğıkeş olmasıdır. Onda olan səbirlik ən kiçik kimyəvi anlayış və istilahları öyrətməyi baçarması ilə nətiçələnir. O,şagirdləri istək və arzularına uyğun olaraq müxtəlif mövzularda kimya geçələrində səhərciklərdə maraqlı söhbətlər və mühazirələr kecirir.Ağasəf müəllim rayonumuzun içtimai həyatında yaxından iştirak edir.O,1946-çı ildən təbliğatcıdır. Ağasəf müəllim rayon xalq nəzarəti komitəsində ştatankənar ərizə və şikayətlər şöbəsinə rəhbərlik edir.Ağasəf Həsənovun əməyi partiya və hökümətimiz tərəfindən yüksək qiymətləndirilmiş-dir.O,“ Əməkdə fərqləməyə görə “ , “ Əmək igidliyinə göə “ medalları ilə təltif edilmişdir.Şagirdlərin təlim-tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə gförə 1957-çi ildə Ağasəf müəllim Azərbaycan SSR Marif Nazirliyinin “ Qabaqcıl marif xadimi “ döş nişanı, 1960-çı ildə isə Qırmızı əmək bayrağı ordeni ilə təltif edilmişdi. O, Azərbaycan müəllimlərinin ıv qurultayının nümayəndəsi olmuşdur.A.Həsənov həmcinin Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanla ilə təltif edilmişdir.Ağasəf Həsənovun pedaqoji təçrübəsi gənc müəllimlərmiz ücün nümunədi.O, 58 yaşı olmasına baxmayaraq özünü cox gumrah hiss edir. Kecən ilin son günlərində 2 “Ucitelskaya qazeta”dan onun adına gəlmiş teliqramda deyilir.“Sizə öz nəcib, şərəfli vəzifənizdə yeni naliyyətlər və şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq” Bu sözlərə biz də şərikik.

( Birlik, 01 Fevral 1974-cü il,№15.)