Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
7 Dekabr , 2016
Sevimli şairin əziz xatirəsi hamının qəlbində yaşayır.Eşitmişdim ki,şairin ayaqları bizim kəklikli yamaclara,qırqovullu meşələrə də dəymişdir.İndi S.Vurğunla bağlı bizim kənd camaatının çoxlu xatirələri vardır.Mən bunlardan ikisi barədə söz açmaq istəyirəm.

Birinci xatirə.

1967-ci il. Növbəti dərsim sevimli şairimiz S.Vurğunun həyat və yaradıcılığı haqqında idi.Mən şairin portretini divardan asan kimi Səbirə dedi:

-Mən bu adamı görmüşəm!

Doğrusu,bu,mənim heç gümanıma gəlməzdi.Elə dərs

ə də Səbirənin S.Vurğun haqqındakı şirin xatirəci ilə başladım.O dedi:

-Fermaya atamın yanına gedmişdim.O,mal-qaranı ağacın gölgəsinə yığmışdı,özü isə başqa bir kölgəlikdə oturub istirahət edir,günün əyilməsini gözləyirdi.Atam məni bulağa suya yolladı.Geri qayıdanda Ağsuçayın yatağı ilə bax bu şəkildəki adamın gəldiyini gördüm.O,məni bir ata kimi dindirdi:

-Qızım,adın nədir?

-Səbirə.

-Gözəl addır,Səbirə,dedi.Başımı sığalladı və Xatmana gedən yolu soruşdu.Yolu göstərdim. Gətirdiyim sərin sudan içib, mənimlə sağollaşdı və yoluna davam etdi.O zaman mənim 6-7 yaşım ancaq olardı.Ayrılanda hətta belə dedi:

-Böyüyəndə yaxşı oxu ha,qızım, onda məni tanıyarsan.

İkinci Xatirə

Məktəbdə valideynlər iclası keçirilirdi.H.Aslanov adına sovxozun fəhləsi Babalı Nağıyev divara vurulmuş portretdən heç gözünü çəkmirdi.Mən maraqlanıb dedim:

-Görünür, şairi çox sevirsən, eləmi?

-Heç onu sevməyən adam olar?-Sualıma sualla cavab verdi və sözünə davam etdi:

-1953-cü ilin oktyabr ayı idi.”Ağa qazması”nda buğda əkirdik.Yaxınlıqdakı gölməçədən bir ördək havaya qalxdı.Elə qalxan kimi kiminsə sərrast atəşi ilə yerə düşdü.Bir az keçdi,ovçu yanımıza gəldi.Salam verib hal-əhval tutdu.İlk sualı bu oldu:

-Məni tanıdınızmı?

Yoldaşlardan biri-Həmid dilləndi:

-Bəli,şəklinizi kitablarda görmüşəm.Siz Səməd Vurğunsunuz.

Ovçu, S.Vurğun olduğunu bild

irdi və üzünü mənə tutub:

-Gəlsənə çarıqları çəkmə ilə dəyişək,-dedi.Mən məmnuniyyətlə razı oldum O mənim çarıqlarımı, mən isə onun çəkmələrini geydim.Çarığla bir neçə addım qıvraq halda gəzişdi və:

-Əyə, mən qayıdıncan yaxşıca ocaq qalayın sizinlə bir kabablayaq,-dedi.

Axşama hələ çox qalmışdı.Şairin ovu da qanlı olmuşdu.Çoxlu quş ovlamışdı.Özü demişkən yaxşıca kababladıq.Onu evə qonaq dəvətetdik.Ancaq bildirdi ki, yol palçıq olduğu üçün maşını Muğanlıda qalıb.Şofer intizarda qalar.O ayrılıb getmək istəyərkən mən:

-Şair,bəs çəkmələr?

-Əyə,qoy məndən yadigar qalsın.

-Yox,siz şair adamsınız.Yolda görüb eləyərlər,özü də Bakıya qayıdırsınız.Mən çəkmələri zorla ona qaytardım.

-Əyə,Bakıya gəlin, uşaq

Üç ildən sonra Səməd Vurğunun ölüm xəbərini eşitdim.Çox mütəəssir oldum.İndi də işə gedəndə şairi düşünürəm.Elə bilirəm ki,hardasa ov edir.larınızın təhsilinə fikir verin,-deyərək bizdən ayrıldı.

(Birlik,5 Fevral 1976-cı il,№15)