Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Ağsuda ilk məktəbin yaradılmasının yüz illiyi tamam olur.Bunun bir neçə tarixi sənəd təsdiq edir.Həmin sənədlərdəki faktlar Ağsuda ilk məktəbin 1875-1876-cı illərdə yaradıldığını göstərir.Bu barədə professor A Abdullayevin “Azərbaycan dilinin tədrisi tarixindən”əsərində ətraflı məlumat vardır.Ağsuda ilk məktəb açılmasının bir marağlı cəhəti də odur ki, bu məktəbdə dərs deyən müəllim Aleksey Osipoviç Çernyayevski vaxtı ilə böyük ad-san qazanmış,tanınmış bir şəxs olmuşdur. (oxucularA.O. Çerniyayevskinin adı İ.Şıxlının”Dəli Kür” romanından və eyni adda çəkilmiş filim-dən tanışdır).A.O.Çernyayevski 1840-cı ildə Şamaxı şəhərində anadan olmuşdur.O,Azərbaybaycan dilini mükəmməl bilirmiş.Bir müddət o,Ağsuda poçt idarəsində işləmişdir.Müəllimliyə böyük həvəsi olan A.O.Çernyayevski Ağsuda kiçik yaşlı uşaqları toplayıb,onlara rus dili dərsi demişdir.Ağsuda ilk müəllimlik fəaliyyətinə başlayanA.O.Çernyayevski gələcəyin böyük müəllimi və Azərbaycan dili metodisti olmuşdur.1879-cu ildə Qori seminariyası yanında Azərbaycan (tatar) şöbəsi açılır.(Bu şöbənin açılmasında M.F Axundovun böyük səyi və təşəbbüsü olmuşdur).Çerniyayevski bu şöbəyə inspektor (müdir) təyin olunur. O,bu şöbəyə rusca bilən azərbaycanlı tələbələr cəlb etmək üçün Naxçıvan,Yerevan,Şuşa,Nuxa,Şamaxı,Qazax və başqa şəhərlərə gedir.O zamanlar Qori seminariyasının Azərbaycan şöbəsinə qəbul edilənlər içərisində sonralar Azərbaycanın görkəmli maarif,mədəniyyət və incəsənət işçiləri, istedadlı metodistləri kimi məşhur olan Rəşid bəy Əfəndiyev,Cəlil Məmmədquluzadə Nəriman Nərimanov,Firidun bəy Köçərli,Mahmud bəy Mahmudbəyov,Fərhad Ağazadə,Üzeyir Hacıbəyov,Süleyman Sani Axundov,Qafur Rəşad Mirzəzadə,Müslüm Maqomayev və başqaları olmuşlar.A.O.Çeriyayevskinin əsas xidmətlərindən biri də odur ki,o,ilk dəfə olaraq Azərbaycan dilində 1880-ci ildə”Vətən dili” adlıəlifba kitabını yaratmışdır.Məqalənin sonunda mən əvvəlcə söylədiyim bir məsələ üzərinə bir daha qayıdıram.Göründüyü kimi,indi Ağsuda məktəbin təşkilindən 100 il keçir.Bu,rayonumuzun həyatında böyük və əlamətdar bir hadisədir.

(Birlik,21 Fevral1976-ci il,№22)