Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Kino başlanır.Sal daşlar,l

al daşlar,vahiməli qayalar..Ulu nəslimizin məskən saldığı yerlər.Bu yerlərdə hər qaya,hər daş adamı xəyalən nağıllı bir dünyaya aparır.Ağız ədəbiyyatımız ilə dolaşa-dolaşa Oğuz elinin qəhramanlığını tanıdan”Dədə Qorqud” dünyasına.Film 12 boylu “Kitabi Dədə Qorqud”dastanı əsasında çəkilmişdir.Bu film uzaq keçmişimizi bizə yaxınlaşdırır,əcdadımızı bizə tanıdır.Dədə Qorqud,Bayandır xan,Qazan xan,Aruz,Qaraca çoban,Qıpçaq Məlik və başqaları Oğuz elinin ərənləri və yağıları.Əsas rolları respublikamızı gənc aktyorları oynayırlar.Filim-dastandakı baş rollarda çıxış edənlərdən biri mənə daha yaxındır.Onu”Nəsimi”filmində də görmüşəm.Nəsimi rolunda.Bu filmdə isə o,Beyrəkdir,Bamsı Beyrək.

..Dədə Qorqud qopuz çalır,toylara gedir.Oğullara qızlara da adlayır.Bayburabəy oğul həsrətlidir.Günlərin birində Oğuz elinə gün doğur.Baybura bəyin oğlu.Baybecan bəyin qızı dünyaya gəlir.Gün-günü qovur.İllər sovuşur.Günlərin birində Bayandırın oğlu igidlik göstərir,Dədə Qorquddan ad alır: Bamsı Beyrək adını. Beyrək sevdiyi Banu Çiçəyin barmağına üzük taxır.Göy çəməndə gərdək qurulur,toy-düyün başlanır.Düşmənə xəbər çatır.Yuxulu Beyrəyi əsir alıb qolu bağlı Qıpçaq Məliyin hüzuruna gətirirlər.

...Oğuz eli yas içindədir.Böyrək yoxa çıxmışdır.Onu gördüm deyən olmur. Bir gün Yalıncaq adlı bir kişi xəbər götirdi,Qazan xana yalan satdı.Bayburabəy az ağladı,çox ağladı,axırda gözləri kor oldu.Banı Çiçək yol gözləməkdən sapsarı saraldı.Qazan xanın evini yağmaladılar.Düşmənlər qoşun çəkdi.Oğuzları əsir aldı.Boyu uzun Burla Xatun 40 incəbel qızla Qıpçaq Məliyə əsir düşdü.Düşmən istədi Qazan xanı xəcil edə.Qazan ərlik göstərdi,düşmənə do gəldi.Beyrək yağı əlindən qurtarmışdır.O, əlində qopuz ozanlıq edir.Beyrəyi heç kim tanımır.Səfil –sərgərdan zənn edirlər.O,gəlib elinə çıxır.Budur gərdək qurulub. Banu Çiçəyi yağıya ərə verirlər.. Beyrək oxatır,məharət göstərir.Qazan xandan izin alıb qızların yanına gedir.

...”Mən Beyrəyəm”Həsrətli qız eli muştuluqlayır.Onun kor atasına xəbər aparır.Atanın kor gözü açılır.Yenidən Oğuz elinə gün doğur Beyrək Banu Çiçəklə toy edib evlənir.Ancaq çox çəkmir. Oğuz eli yenə qara geyir.Beyrək aldadılmışdır.O, silahsız,Aruzun hüzurundadır.Qazana xain olmaq,ya da ölmək!Yağılar ona bu iki yoldan birini təklif etdilər İgid Beyrək isə Qazana dönük çıxmır? Meydanda ər dayanır. Bu filim-dastanın yadda qalan qəhrəmanlıq səhnəsidir,vətənpərvərlik səhnəsidir.İgid Böyrək yurdunun qədrini bilən dəyanətli,qorxu bilməz Oğuz oğludur.Qanı tökülür,ölür,ancaq təslim olmur.Artıq Beyrək yoxdur.Ondan yadigar bircə oğlu qalıb.Bir vaxt at çapıb,ov ovlayıb,toy toylayan Oğuzlardan əsər əlamət qalmır.Yenə də sal daşlar,lal daşlar görünür.Oğuz elinin ərənləridir,yağılarıdır gördüyümüz bu daşlar.Film-dastan sona çatır.Məndə böyük təəssürat oyanır.Filmin rejissoru T.Tağızadənin,ssenari müəllifi Anarın zəhməti gözəl bəhrə veribdir. Bu filmdə Beyrəyi oynayan Rasim Balayevdir Mən deyərdim ki, həmyerlimizin oyunu bu dəfə də uğurludur.Beyrəki ona ehtimad edən rejissor yanılmamışdır.Böyrək Rasimin ifasında o qədər canlı,inandırıcı,qabarıq və həyati çıxmışdır ki..Bu rol Rasim Balayevə öndəki illər üçün işıqlı yol açır.Biz həmyerlimizin bu müvəffəqiyyəti ilə sevinirik.

(Birlik,28 Dekabr 1976-cı il,№153)