Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Enişli-yoxuşlu,daşlı-kəsəkli,çətindənçətin bir yol.Sənət yolu.Bu yolu gedənlərin ömrü paylanır günlərə.O günlərə ki, qəmini,sevincini,tapıntılarını yaşadır.Sənət cığırlarında büdrəyənlər də olur,bu yolu şərəflə başa çıxanlar da.Elşad Zeynalobu rayonumuzun teatr həvəskarları yaxşı tanıyırlar.Şəhər orta məktəbini bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olan Elşadın gözlərində başqa bir dünya açıldı.Bura orta məktəbin dram dərnəyindən çox fərqlənirdi.İndi onun oyununa məşhur aktyorlar,teatrşünaslar,rejissorlar baxırdı.Kursun rəhbəri SSRİ xalq artisti Adil İsgəndərov bu qarayanız gənclə maraqlanır,hiss edir ki,Elşadda aktyorluq istedadı vardır.İnstitutun səhnəsində Nazim Hikmətin “Bayramın birinci günü”pyesi tamaşaya hazırlanırdı.Elşada Şabanağa rolu tapşırıldı.İlk rol. Elşad bu surətin dilini,daxili aləmini,fərdi xüsusiyyətlərini dərindən öyrəndi.Rolun müvəffəqiyyətli çıxması üçün nə qədər çalışdı,axtarışlar apardı.Nəhayət,yuxusuz gecələr,yaradıcı axtarışlar öz bəhrəsini verdi.Onun yaratdığı Şaban ağa surəti “əla”qiymət aldı.Sonra yeni rollar,yeni obrazlar.”Qatillər”də Maks,”Xırs quldurbasan”da Divanbəyi,”Hacı Qara”da İlyas,”Vaqif”də Eldar...Elşadın sənətkarlıqla yaratdığı müxtəlif xarakterli obrazlar.1973-cü il .Lənkəran şəhərində Dövlət Dram Teatrı təşkil olundu.Elşad Zeynalov da institutu qurtardı və həmin teatra təyinat aldı.O,burda neçə-neçə müxtəlif xarakterli obrazlar yaratdı.M. İbrahimovun”Yaxşı adam” pyesində Tağı,”Kəndçi qızı”nda Şəkərlinski,İ.Əfəndiyev

Elşadın sözləri:in “Mahnı dağlarda qaldı”pyesində Qaçaq Bahadur obrazları..

-Mənə yeni rol tapşırılanda “özümü yığışdırıram”.Axı,rolun təzəsi-məsuliyyətin,həvəsin,imkanın və zəhmətin təzələnməsi deməkdir.Əgər pyes müəllifinin yaradıcılığı ilə tanışamsa,bu işimi bir qədər yüngülləşdirir.Əks halda,dramaturqun yaradıcılığı ilə tanış olmaq,onu öyrənmək lazım gəlir.Klassik əsərlərdə dövrün ziddiyyətlərini bilmək vacibdir.Bu axtarışlar müəyyən mənada tamaşaçı salonuna qədər davam edir.Sonra isə tamaşadan-tamaşaya...E.Zeynalov artıq 3 ildir ki,Lənkəran Dövlət Dram Teatrında işləyir.Bu müddətdə geniş tamaşaçı kütləsinin qəlbinə yol tapa bilmişdir.Elşad komik, həm də ciddi rollarda çıxış edəndə də eyni dərəcədə müvəffəqiyyət qazana bilir.Bu müvəffəqiyyətin səbəbi,hər bir obraz üzərində son dərəcə gərgin işləməsi ilə əlaqədardır.Bu yaxınlarda xalq şairi S.Vurğunun anadan olmasının 70 illiyi münasibətilə yubiley bayramına hədiyyə olaraq Lənkəran Dövlət Dram Teatrı şairin”Vaqif”peysini tamaşaya qoymuşdur.Baş rolu.E.Zeynalov oynayır.O,Vaqif surətini sənətkarlıqla işləmiş,özünə məxsus Vaqif obrazı yaratmışdır.

Quruluşçu-rejissor,Hüseyn Sultanov deyir:

-Gənc aktyor Elşad Zeynalovun yaratdığı Vaqif obrazı məni razı saldı.Bu gəncdə istedad görürəm.

Lənkəran dövlət dram teatrının ədəbi hissə müdiri Məbud İsmayılzadə:

-Elşad hələ gəncdir.Gəncliksə,narahatlıq deməkdir.Əgər bu axtarışlar,narahatlıqlar olmasaydı,onun səhnəmizdə yaratdığı M.İbrahimovun”Yaxşı adam” pyesində Tağı,”Kəndçi qızı”dramında Şəkərlinski,İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”əsərində Qaçaq Bahadur kimi obrazları haqqında bu qədər inamla,iftixarla danışmazdır.Vaqif obrazı Elşadın sonsuz axtarışlarının bəhrəsidir,yeni bir tapıntısıdır.Hazırda Elşad Zeynalov M.İbrahimovun”Yaşıl qapı arxasında”pyesində Nuru,Sabit Rəhmanın”Toy” kömediyasında Kərəmov surətləri üzərində işləyir.

(Birlik,19 Oktiyabr 1976-cı il,№124)