Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Nurməmməd Nuriyev milis işcisidir.O, həm də həvəskar aşıqdır.Öz sədəfli sazı ilə rayon əməkçiləri qarşısında vaxtaşırı çıxış edir.N.Nuriyev bədii özfəaliyyət kollektivləri festivalında fəal iştirak etdiyi üçün Aşıq Ələsgər adına respublika xalq yaradıcılığı evinin fəxri fərmanını almışdır.Gənc aşıq redaksiyamızda fəaliyyət göstərən“Ümid”ədəbi məclisində də iştirak edir.Aşağıda onun bir şerini dərc edirik.

Bahar Gələndə

Qış gedir yurduma ilk bahar gəlir,

Bağçalar,çəmənlər güllənir yenə.

Dağ çayı sığma

yır öz məcrasına,

Bütün vadi boyu sellənir yenə.

Yayılır çöllərə ellərin səsi,

İsidir torpağı günəş nəfəsi.

Nazəndə baharın xoş növrağında,

Kolxozçu dostumun bağça-bağında

Aşıq Nurməmmədin cavan cağında

Sinəsində sazı tellənir yenə



(Birlik,23 Mart 1976-cı il,№39)