Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Kitabxanamız balaca oxucularla dolu idi.Hamının qarşısında şəkilli kitablar,jurnallar var idi.Lakin heç kəs dinib-danışmırdı.Nəhayət, sükutu kitabxananın müdiri Məhbubə Əhmədova pozub dedi:

-Əziz uşaqlar,şair Mirvarid Dilbazinin şerləri haqqında söhbətə başlayırıq.Məlum olduğu kimi, onun mövzu dairəsi genişdir.Vətən təbiətinə,əmək adamlarına,sülh və azadlıq uğrunda mübarizəyə həsr edilmiş çoxlu əsərləri vardır.Şair balaca doctlarını da unutmamış,uşaqlar üçün gözəl şerlər yazmışdır. Sonra söz balaca oxuculara verildi. Aygün Xasıyeva,Zakir Mirzəyev və başqaları şairin “Ana”,”Şirin dillim”, “Sən fərəhli balasan”, “Ana və qız” və başqa şerlərini oxudular.

(Birlik, 6 Yanvar 1976-cı il,№2)