Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Mütaliə adamı bilikli, söhbətçil, hazırcavab, yazmaq adəti isə dəqiq edir. Bekon.İnsan zəkasının nələrə qadir olmasını, onun, necə deyərlər,möçüzələr yarada bilmək iqtidarını məhz kitab təqdim etmişdi.Dahi insanlar, böyük şəxsiyyətlər,həmişə kitabı ürəkdən sevmiş, ona bağlı olmuşlar.XI əsrin yadigarlarından biri olan «Qobusnamə»nin bir fəslində kitab və mütaliə barəsində belə deyilir:”Elmi sevən ol,səbirli,inçəruhlu, geç yatan,tez duran ol, kitab hərisi ol”.Lakin hansı kitabı secmək və nə ücün oxumaq məsələsi bütün şəxsiyyətləri düşündürmüş və bu, bütün oxucular ücün də vacibdi.Böyük rus alimi N.İ. Piqov mütaliə barədə gözəl demişdir:”Hansı kitabları oxuduğunu mənə de, sənin kim olduğunu söyləyim”.Adamlarda mütaliəyə maraq oyatmaq,kitabı təbliğ etmək, oxuçuların mütailəsini istiqamətləndirmək ücün mən həmişə böyük şəxsiyyətlərin söylədikləri aforizimdən geniş istifadə edirəm. Həmin aforizimlərdən bir necəsini səliqə ilə yazıb kitabxananın divarlarına vurmuşam. Həmcinin ,aylıq orqanımız olan “Oxucu və həyat”adlı divar qazetində maraqlı, lazımlı kitablardan söhbət acır, onları oxumağı tövsiyə edirəm.Kitab sərgilərinin, oxucu konfranslarını təşkil edilməsi də gözəl nətiçələr verir. Məhz buna görə də biz tez-tez kütləvi tədbirlər həyata keçirir, müxtəlif kitablar barədə fikir mübadiləsi aparırıq.N. Xəzrinin “ İllər və sahilər”, R. İsmayılovun “ Son məktub” kitabları haqqında kecir-diyimiz oxucular qonfransı cox maraqlı olmuşdur. Biz kicik oxucularla da yaxından əlaqə saxlayırıq. Onlara falklor nümunələri, uşaqlar ücün yazılmış əsərlər təqdim edir,kitabı əziz bir dost kimi sevdirməyə calışırıq.

( Birlik, 19 Fevral 1974-cü il, №22)