Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Rayon 7 illik uşaq musiqi məktəbində 84 nəfər yeniyetmə musiqi təhsili alır. Müəllimlər onların musiqi zövqlərini kamiləşməsi, istedadlarının püxtələşməsi ücün öz səylərini əsirgəmirlər.Məktəbdə gözəl ənənə yaranmışdır.Ayda iki dəfə ayrı-ayrı siniflərdə oxuyan şagirdlərin acıq konsert təşkil edilir. Hər konsertdən sonra kollektiv cıxışları müzakirə edir. Bu tədbirdə bir qayda olaraq valideynlər də iştirak edirlər. Foto-müxbirimiz H. Balayev bu şəkilləri musiqi məktəbində olarkən çəkmişdi.Yuxarıdakı şəkildə: tar müəllimi Mirzə Əzimov və III sinif şagirdi Elçin İbrahimov,Aşağdakı şəkillərdə: fortopiano müəllimi Rima Qordiyeva məşğələ zamanı; Məktəbin xalq çalğı alətləri ansanbılı çıxış edir.

( Birlik, 28 Dekabr 1974 cü-il,№155)