Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Çox kecmədi ki,Rasim Ç.Cabbarlı adına “Azərbaycanfilm” studiyasına dəvət olundu. Xoş bir təsadüf onu birdən-birə kino aləmində parlatdı, kino ulduzuna cevirdi. Studiya böyük Azərbaycan şairi İ.Nəsiminin həyat və mübarizəsinə həsr edilmiş “Nəsimi filmini cəkirdi. Düzü Nəsimi rolunda cıxış etmək istəyən aktyorlar cox idi. Hətta,filmin rejissoru “Rolu kimə tapşırmaq olar”? sualına cavab verməyə cətinlik çəkirdi.Sanki Rasimin bəxti gətirdi. Onun üzünün ifadəsi, gözlərindəki emosionallıq altı əsr bundan əvvəl yaşamış şairin əlamətlərinə uyğun gəlirdi. Nəsimi rolu ona tapşırıldı. Əlbəttə ,Rasim məsuliyyət hissi ilə calışdı. Onun öz işinin sevməsi, sənətkarlıq məhəbbəti ilə rola bağlanması gözəl bəhrə verdi. Şirvanlı gənç aktyor xıv əsrdə yaşamış şirvanlı şair Nəsimi obrazını yarada bildi.O, doğrudan da nəsimiləşməyi bacardı.“Nəsimi” filmi bu ilin baharında Bakıda kecrilən Ümumiittifaq kino festivalında mukafata layiq yer tutdu.Bu günlərdə rayonumuzun qonağı olan filmin qurluşcu rejssoru H. Seyidbəyli demişdir:

- Siz də, biz də Rasimlə fəxr edə bilərik. O, ən yaxşı kino ifacıları arasında mukafata layiq yer tutub.Rasim kinoda hələ yeniçə parlayır. Ona inamaq olar. İnanmaq olar ki, Rasim Balayev Sovet kinosunun ulduzlarından biri olacaq.Doğrudan da R. Balayev hec kimi təqlid etmək istəmir.O, calışır ki, kinoda yeni yol acsın. Calışır ki, yaratdığı obraz tamaşacını düşündürsün, onu gələcəyə səsləsin.Onun istedadı ömrün ilk günü və “Gənəbasarlı qisascı” filmlərində də özünü göstərir. Rasim calışan, sabaha inanan aktyordur. O bu gün yaxşı rol ifa edibsə, sabah bundan da yaxşı cıxış etməyə səy göstərir.Onun fikrincə sənətdə zirvə yoxdur. Elə buna görə də o, roldan rola püxtələşir, sənətkarlaşır. Ən başlıəcası isə Rasim sənətini sevir. O, yaxşı bilir ki, sənətini sevənlər, həmişə sevilirlər. Bu günlərdə o, “Nəsimi” və “Ömrün ilk günü” filmlərində yaratdığı obrazlara görə Azərbaycan Lenin komsomolu mukafatına layiq görülüb. Bu 26 yaşlı kino aktyoru ücün fəxr etməli müvəffəqiyyətdi. Onun sevincinə, fərəhinə bizdə şərik oluruq. Gənc aktyoru təbrik edir, ona yeni- yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.

(Birlik, 19 Sentiyabr 1974-cü il, №113)