Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
İçəri daxil olanda əvvəlcə səslər qarşıladı məni.Barmaqların səsləri. Sonra qayğılı müəllimlərlə görüşdüm, bir də mehriban uşaqları gördüm.Tanış oldum.O qədər də böyük kallektiv deyil. Burada 9 nəfər müəllim var. 86 nəfər musiqi təhsili alan uşağa iki ixtisas öyrədilir, tar və pianino ixtisasları.Otaqlarda dərs gedir. Müəllimlərin nəzarəti ilə barmaqlar şirmayı dillər üzərində gəzir. Sarışln bir qız pianinada calır. Bu, Sevdadır. Pianinada calır, oxuyur, həm də rəqs etməyi bacarır. Bethoveni, Caykovskini, Ü. Hacıbəyovu, F.Bədəlbəylini tanıyır. Tar şöbəsində oxuyan Kamran tarda muğam və mahnıları maharətlə çala bilir. Mütəllim isə yaşıdlarının hamısından istedadlı uşaqdır.Tar şöbəsində təhsil alan uşaqlar artıq ona yaxın muğam, bir necə el havası, pianino şöbəsində oxuyan uşaqlar isə Azərbaycan, eləçə də rus və dünya bəstəkarlarının əsərlərindən bəzilərini ifa etməyi bacarırlar. Balaca musiqiçilərdən Çavanşir Şeydayev, Zəka Çanıyev, Mahirə Abdurahmanova,Gülər Cəfərova ümid verən uşaqlardır. Burada dərs deyən müəllimlər calışırlar ki, şagirdlər notları, vurğulu səsləri, xanələri mükəmməl öyrənsinlər. Musiqi məktəbi həmişə nəğməlidir. Burada kövrək barmaqları ecaskar səsi adamı sanki əfsunlayır. Musiqi məktəbi və buradakı uşaqlar mənim yaddaşımda şən əhval- ruhiyyəli barmaqlardan qalxan musiqi sədaları kimi qaldı.

( Birlik, 14Noyabr 1974-cü il,№137)