Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
Ağsu-bizim yaşıl evimiz.Onun yaşı cox deyil. Son illərdə bizim şəhərimiz xeyli böyümüşdür. Abadlaşmış, gözəl və yaraşıqlı olmuşdur. İndi burada 14 min nəfərədək əhali yaşayır.10-15 il əvvəl şəhərlə məşhur Ağsu yoxuşu arasında iki kilometrdən artıq boş sahə vardı.İndi burada şəhərin ən böyük kücəsi-Lenin kücəsi uzanır.Şəhərin cənub sahəsində son iki-üc ildə böyük yaşayış məhəllələri salınmışdır.Necə illərdir ki, şəhərdə qaz yanır. Nəhayət, əsas problm-şəhərin su ilə təmin olunması məsələsi bu ildən həll edilməyə başlanmışdır.Girdiman caydan 18 kilometr uzunluğunda su kəmərinin cəkilməsinə başlanıb.1.700 min smeta dəyəri olan bu kəmərin cəkilişi 1975-ci ildə başa catdırılmalıdır.Şəhərin 2000-ci il ücün nəzərdə tutulan baş planında böyük tikinti və abadlıq işlərinə başlanması planlaşdırılmışdır.Əlbəttə, yaxşı cəhətlər bu gün az deyil, sabah da cox olacaq. Bəs, nöqsanlar? Hər gün rastlaşdığımız, hər gün qanımızı qaraldan catışmamazlıqlar, şəhərimizdə yaşıl yarpaqda ləkə kimi görünən qüsurlar necə olsun? Onlardan da danışmaq lazımdır.Yayın ən qızmar günlərində Pravda kücəsi ilə gedərkən adam özünü sərin meşənin qoynunda hiss edir.Cünki hər iki tərəfdə sıralanmış qollu- budaqlı ağaclar bu kücəni yaşıl tunelə cevirib.Təəssüf ki, bəzi kücələrdə yaşıllıq yox dərəcəsindədi.Nədənsə küçələrin yaşılaşdırılmasına fikir verilmir. Bu bir yana, mövcud ağaclara da yaxşı qulluq edilmir. Bir vaxt Lenin və Azərbaycan kücələrindəki çavan cinarların qol-budağı doğrandı,qollu-budaqlı cinarların yerində “ papaqlı sütunlar” qaldı. Axı,

bu cinarlar yalnız bialoji və dekorativ mahiyyət daşımır. Onlar həm də xalqımızın milli qururunun, vüqar və dəyanətinin timsalıdır. Cinarların qol-budağını kəsmək qartalın qanadını qırmağa tən deyilmi? İndi əvvəllərə nisbətən kolxozbazarının və Kürdəmir yolunun ətrafında nisbətən səliqə yaranıb. Lakin yağışdan sonra cıxan göbələk kimi yan-yana düzülən qurama budkalar necə gəldi, hara gəldi qoyulan kiosklar buranın görkəm

(Birlik, 17Sentiyabr 1974 cü il,№112)ini pozur. Kicik bir sahədə 10-dan cox budka görəsən nəyə lazım imiş? Özü də bu cür zövqsüz və səliqəsizliklə... Bu cür budkalar Səməd Vurğun kücəsində də qatara düzülüb.Rayonda elə müəssisələr var ki, onların şəhərin mərkəzində yerləşməsi hec də düz deyil. Məsələn, baş süd zavodu. Bu zavod şəhərin K. Marks kücəsində yerləşir. Həmin kücədən kecənlər qıçqırmış süd məhsullarının qoxusundan canlarını qutara bilmirlər.Şəhərimizin ən ciddi nöqsanlarından biri təmizliyə riayət olunmamasıdır.Bəzən ev-eşiyinin zir-zibilin kücələrə, arxalara tökənlərə rast gəlirik. Bu da böyük pintiliyə səbəb olur.Natəmizliyi yayanların bir qismi də bəzi ticarət, içtimai iaşə, məişət xidməti işciləridir. Nədənsə, əhalinin istifadə etdiyi acıq su arxlarının üstündə cayxana, yeməkxana, bərbərxanavə s. acmaq bizdə dəb olub. Buna görə də su arxlarını təmiz saxlamaq mümkün olmur.Ağsu çayın sağ sahilində park istifadəyə veriləndə hamı şad oldu. Lakin bu necə parkdır?Ağacların arasıyla iki-üc səki cəkildi. Kölgəliyə beş-altı oturacaq qoyuldu.Vəssalam. Bəs, nəzərdə tutulan hovuz, fəvvarə hanı? İstirahətə gələnlər ücün əyləncə vastələri hanı? Kücələrin vəziyyəti də təəssüf doğurur. Başqa işlər bir yana, bəzən lap şəhərin mərkəzində qədim kol cəpərlər, ucuq-sökük hasarlar gözə dəyir. Halbuki, kol cəpərlərin və yaxud ucuq hasarların təmir edilməsi cox da cətin deyil.Şəhərimizin əhalisi ildən-ilə artır.Çavanların dəstəsi gurlaşır. Təəssüf ki, gənclərin vaxtlarını kecirməsi ücün hec bir şərait yoxdur. Köhnə mədəniyyət evi indiki təlabatı ödəmir. Yararsız və darısqaldır Bir də ki, niyə Ağsuda muasir uslubda tikilmiş mədəniyyət sarayı olmasın.? Niyə bizim şəhərdə stadion, idman zalı, idman məktəbi, müəllimlər evi olmasın, niyə ağsulu gənclər idmanın güləş, üzgücülük, tenis, ağır atletika, boks və s. bölmələri ilə məşğul ola bilməsinlər? Əlbəttə, bunlar elə catışmamazlıqlardır ki, addım baçı hiss olnur. Başqa şəhərlərdə ayrı-ayrı adamların kücələrə ağac əkib böyütməsi gözəl adət, dəb halını alıb.Belə adamlar bizim şəhərdə az deyil. Ancaq bu dəbi, bu gözəl adəti daha geniş yaymaq olar.Əlbəttə, tikinti-abadlıq işləri dövlət əhəmiyyətli işdir. Bu işlə müxtəlif idarə və təşkillatlar məşğul olur.Amma ki, qaldı şəhərimizin təmizliyi.Bu bizim öz əlimizdədir. Biz istəsək şəhərimiz yaşıl və təmiz olar.Bunu biz istəməliyik. Cünki bunlar misilsiz nemətlərdir:bir eşidim su şırıltısı, bir görüm yaşılıq, bir əlçə cinar kölgəsi, bir udum ətirli saf hava.