Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016
1942-ci ilin ilk ayı... Qərb çəbhəsi... Qar basmış səngərlərdə sakitlikdi. Lakin bu sukutda od-alovda gizlənib. Düşmənin növbəti hücumunu dəf edən sovet əsgərləri möhkəm mövqe tutmuşlar. Birdən qarşıdakı təpəliyi aşıb irəliləyən faşist nişanlı tanklar görünür. Tankvuran silahı sinəsinə sıxan Söhbət Quliyevin qeyri-ixtiyarı dodaqları qacır. Doğma kəndlərində tay-tuşuynan ova cıxdığı anlar yada düşür.Onda Söhbət beləçə torpağa yatıb, dərəyə gələn qaban sürüsünə sərrast atəş acırdı.O,vaxtlar Söhbətin gənç qəlbində coşub –daşan ancaq ovculuq etirası idi. İndisə qarşıdan qarı sovura-sovura gələn dəmir faşist “qabanlarına”qarşı coşub-daşan nifrət hissin cilovlaya bilmirdi:“gəl,faşist gəl, bu saat külünü göyə sovuraram”.Vətən uğrunda atəş! Komandirin səsi onun düşüncələrini qırır. Bir anda yer, göy lərzəyə gəlir. Necə faşist tankı yerindəçə başı kəsilmiş toyuq kimi çabalayır. İki faşist tankı düz bir başa Söhbətin üstünə gəlir. Görünür, onlar üstlərinə od yağdıran atəş nöqtəsinə yaxşı bələdləmişlər.Söhbət Quluyev belə anlarda işlətdiyi üsulu secir.Tankları lap yaxına buraxır. Sonra pələng kimi sıcrayıb yandırıcı maddə olan şüşəni öndə gələn tankın üstünə atır.Tankı alov bürüyür.Söhbət cəld əyilib ikinçi şüşəni götürür.Lakin atmağa macal tapmır. Arxadan gələn tank onun üstünü alır.Faşist tankı səngərin üstündə saxlayıb:

Rus təslim ol! Cıx, təslim ol!

Söhbət isə ağzı üstə səngərə uzanıb səsini cıxarmır:Tələsmə, əçlaf hələ mənim sənilə haq-hesabım var. Əlin mənə çatmaz. Faşist qəzəbindənmi,ya qorxundanmı tankı səngərin üstündə fırladır, igid əsgəri torpağa qatışdırmaq istəyir. Söhbət torpağa daha bərk sinir. Tankın zəhimli gurultusu, düz başının üstündə fırlanan tır-tırlar onun iradəsini qıra bilmir. O, səbirlə işinin axırını gözləyir, faşistin zəhlə tökən səsi yenidən eşdilir:

Ey rus, sağsansa, təskim ol!

Səngərdən səs cıxmır.Döyüşcünün həlak olduğunu güman edən faşistlər irəliyə doğru hərəkət edir.Bu vaxt tankın hamarladığı səngərin torpağı tərpənir. Hansı möcüzə iləsə sağ qalan gənc əsgər əyağa qalxır:

-Qacırsan.!Tülkü! Qaca bilməzsən, sən mənim ovumsan!Deyib ikinci şüşəni tanka atır. Tankı tüstü bürüyür.Tankın alışdığını hiss edən faşistlər cıxıb qacmaq istəyirlər.Lakin aftomatdan acılan sərrast güllələr onları torpağa sərir. Faşistlər bir an əvvəl səngəri oyduqlqrı yerdə dizi üstə cöküb atəş acan,sacları üzünə dağılmış, sərt üzlü,qara gözləri qəzəblə parlayan gənçi görəndə heyrətə düşürlər. Bu heyrət onların gözlərində əbədilik donur. İndi onun sinəsini “Döyüş xidmətlərinə görə medalı” və”Usta atıçı” nişanı ilə yanaşı Qırmızı Ulduz ordeni bəzəyirdi.

( Birlik, 24 Fevral 1974-cü il,№24)