Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
1939-cu ildə “Pravda” qəzeti Azərbaycan incəsənət ustalarının parlaq cıxışlarına həsr etdiyi məqaləsində balabancı Əli Kərimovun məharətinə yüksək qiymət verərək yazmışdır ki, balabancının caldığı muğamlar , xalq havaları nəçib hisslər aşılayır.Onun bəmdə və zildə həssas gəzişmələri qəlbləri ehtizasa gətirir.O zaman Moskvada kənd bədii öz fəaliyyət kollektivlərinə baxış kecirilirdi. Azərbaycan nümayəndələrinin tərkibində həmin baxışda iştirak edən. Əli Kərimovun dəstəsi böyük müvəffəqiyyət qazanmışdı.Budur, 1939-cu il 24 avqust tarixli “izvestiya” qəzetində B. Vinoqradovun məqaləsində oxuyuruq: Tərkibində Əli Kərimov kimi ecaskar ifacıların daxil olduğu birinci Azərbaycan kolxozcu-zurnacılar (nəfəsli alətlər) ansamlı unudulmaz, parlaq xatirələr yaradır. Ansamblın ifa etdiyi “ Koroğlu nağarası” qalibanə mübariz və qüdrətli səslənir.” Görkəmli sənətkar Əli Kərimov dinləyiçisini heyran qoymağı bacarırdı. Bu barədə Musa Yaqub Ə. Kərimovun xatirəsinə ithaf etdiyi şerində gözəl demişdir:

Calışam eşq ilə...

Az qalıb balaban od tutub yana,

Az qalıb cay kimi aşıb daşam mən.

Toylarda camaat qalsın bir yana,

Aşığın özünü mat qoymuşam mən.

Ömrünün 66 ilini aşıq sənətinin inkişafına həsr edən Əli Zülfüqar oğlu Kərimov 1874-cü ildə Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndində anadan olmuşdu.16 yaşında musiqiyə maraq göstərmiş, 20 yaşından isə mahir balabancı kimi Azərbaycanda tanınmışdır.Əli Kərimov ilə dövrünün məşhur aşıqları Aşıq Hüseyn, Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Bilal və Aşıq Avaq arasında möhkəm sənət dostluğu olmuşdu. O, çoxlu dastan, nağıl, qoşma, gözəlləmə, dodaqdəyməz, kəraylı və s. bilirdi. İstedadlı aşıqlardan Şakir Hacıyevin, Məmədağa Babayevin və başqalarını aşıq sənətinə dərindən yiyələnmələrində Ə.Kərimovun böyük rolu olmuşdur.Əli Kərimov 50-yə qədər rəqs havası yaratmışdı.“Koroğlu nağarası”,”Heyvagülü”, “Alca cicəyi”, Qəhramani”, Əfruzə”.Onun mahnılara cevrilmiş nəfəsini biz indi də radio verlişlərində dinləyirik. Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov təqdim edir.Əli Kərimovun yaradıçılığı və sənətkarlığ xususiyyəti xalqımızın içtimai həyatı ilə sıx bağlı olmuş-dur. Hələ 1926- cı ildə Kərimov qardaşlarından ( Əli Abbas, Cəfər, Əbdül, Bəxtiyar) ibarət ansanbl Azərbaycanda Sovet hakimyyəti qurulmasının 6-cı ildönümü şənliklərində iştirak etmişdir. Ə. Kərimovun orijinal və zəngin proqramlı cıxışları şənlik iştirakcılarının diqqətini cəlb etmişdir.Bu, Kərimovların Bakı ictimaiyyəti qarşısında ilk cıxışı idi.1940-cı ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə Bakıda kecrilən şənlikdə balabancının məharəti mükafata layiq görülür. Tərifnaməni və pul mukafatını ona görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov təqdimedir.Əli Kərimov Ümumittifaq və respublika miqyasında kecirilən müxtəlif olimpiadaların, şənliklərin və baxışların iştirakcısı olmuşdur.Əli Kərimovun ifacılıq, yaradıcılıq və ictimaiyyətcilik bacarığına Ü. Hacıbəyov, Bülbül,S.Rüstəmov kimi sənət dostları yüksək qiymət vermişlər.O, Azərbaycan aşıqlarının I və II qurultaylarının nümayəndəsi olmuşdur.Əli Kərimovun xoşbəxt ailə nəsli vardır: 150 nəfərdən cox oğul, qız, nəvə və nəticə...Onların əksəriyyəti musiqi həvəskarıdır, bəziləri babanın sənətini davam etdirməkdə daha cox şöhrət qazanmışlar. Oğlu, təqaüdcü müəllim Ağalar Kərimov gözəl saz calır, nəvələrindən Ağasəf, Fikrət və Amil balabanda el havalarını, muğamlarını məharətlə ifa edirlər.Adil, Şöhrət, Antiq və Kamil nağara və qaval, Sərdar isə qarmon calmağda püxtələşmişlər.Hazırda Aspiranturada təhsil alan Ərəstun Əliev istedadlı xanəndə kimi tanınır, tarda, elektirik kitarasında gözəl ifacılıq maharəti vardır. Nəvələr və nətiçələr indi öz doğma ustadları Əli Kərimovun xatirəsinə həsr etdikləri ailə konsertləri hazırlayırlar.Özündən sonra zəngin irs qoyub gedən Əli Kərimov 1960-cıi ildə 85 yaşında vəfat etmişdir. Yaxın günlərdə Şamaxı, Kürdəmir, Ağsu və İsmayılı əməkciləri bu unudulmaz sənətkarın 100 illiyini qeyd edəcəklər. Bu məqsədlə Xəqani adına Şamaxı rayon mədəniyyət evində Respublika Xalq yaradıcılığı Evinin və yuxarıda adları cəkilən rayonların mədəniyyət fəallarından ibarət təşkilat komitəsi yaradılmışdır.



( Birlik, 5 Oktyabr 1974 cü il, №120)