Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Muğanlı kəndindən dağlara tərəf bir yol uzanır.Yaşıl meşələrin müşayiəti ilə, qalxanlı qayaların ətəyin-dən keçə-keçə.Bu yol gah enişə millənir, gah yoxuşa dartınır.Hara baxırsansa, təbiətin füsunkar mənzərələri göz oxşayır.Dərələr dağların yaşıl hörükləridir elə bil.Sanki burada hər çalanın, hər dağ yamacının öz havası var.Kolluqlardan tez-tez kəklik qaqqıltıları eşidilir.Ana kəkliklər balalarını səsləyir, ya onla-ra yem tapıb, ya da ehtiyatlı olmağı xatırladır.Özləri isə... şaqraq qaqqıltılarını boğazlarında qaynadır.Bir şairin tanış misraları yada düşür: “Kəklik səsin çıxarmasa mənzamın, Onu tuta bilməz, dağlarda laçın”...Sıldırım eniş bizi düz Sulut çayına endirir.Çayın suyu necə də azalıb, durulub.Yazda məcrasına sığmayan çay indi sakit quzuya dönüb.Ətrafda ferma binaları, alaçıqlar görünür.Ferma müdiri Əlirza Nuriyevlə görüşüb söhbət edirik.O iftixarla bildirir ki, illik süd satışı planını artıqlaması ilə yerinə yetirmişik.Hazırda öhdəlik hesabına sağımı davam etdiririk.Sonra o, qabaqcıl sağıcılardan Çinizə Orucovanın, Atlas Səfərovanın, Zərnişan Nəbiyevanın adlarını fəxrlə çəkir.Bu qoçaq qızların haqqında xoş sözlər deyir.Ferma müdiri bildirir ki, bu sağıcılar öz peşələrinin əsil ustalarıdır.İnək sağanda onların əllərini görmək olmur...Yol təzədən dağa dırmanır.Bir az da gedib Kalva kəndinə çatırıq.Buradan yuxarı yol yoxdur.Sıldırım dağlar onu Çin səddi kimi əhatə edib.Evlər yamaclıqlarda gizlədilən kəklik yuvalarını xatırladır.Orada-burada musiqi səsi eşidilir. Dar döngələrdən, daş küçələrdən keçib kəndin mərkəzinə gəlirik.H.Aslanov adına sovxozun idarə binası, mədəniyyət evi, xəstəxana, poçt şöbəsi, mağaza, bərbər sexi, çayxana-bufet və başqa ictimai binalar da buradadır.Biz öyrənirik ki, sovxozun taxılçıları beşilliyin üçüncü ilində müvəffəqiyyət qazanmışlar.Belə ki, burada dövlətə illik taxıl planı da yerinə yetirilmişdir.Mədəniyyət evinə buruluruq.Burada hər axşam müxtəlif tədbirlər həyata keçirilir.Biz mədəniyyət evində olarkən tar dərnəyinin rəhbəri, ədəbiyyat müəllimi Qalib İmaməliyev həvəskar tarzanlarla məşq edirdi.Sarı simlərdən qopan ecazkar sədalar pərdələrdə havalanırdı.Qızıl hörüklü günəş qüruba çəkilir.Kəndi əhatə edən dağlar elə bil bir-birinə yaxınlaşıb evləri qucağında gizlədir.Ürək sərinlədən, həzin nəğməli külək əsməyə başlayır.Ətraf meşələrin xoş rahiyəsi küçələrə yayılır, evələrə dolur.İliç lampaları dağlarda ulduz kimi alışır.Dağ kəndinə axşam düşür.

(Birlik, 22 sentyabr 1973-cü il, №111)