Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Roza Əli Bayramov adına kolxozda kitabxanaçı işləyir.Göydəlləkli kəndində hamı onu “kitabxanaçı qız” deyə çağırır.Roza öz peşəsini ürəkdən sevir, bilik mənbəyi sayılan kitabı kənd əməkçilərinə sevdirməyi bacarır.Bu günlərdə yolum kitabxanaya düşmüşdü.İlk baxışda yazıçı və şair-lərimizin portretləri, bədii əsərlərdən illüstrasiyalar, kitab haqqında müdrik və hikmətli sözlər buraya gələnlərin diqqətini cəlb edir.Kitabxanaçı Roza Cavadova söhbət zamanı dedi:

-Kitabxanamızın 6.500 ədəd kitab fondu və 210 nəfər daimi oxucu vardır.Bədii, elmi kitablarla yanaşı, kənd təsərrüfatına dair kitablar da kitabxanamızın rəflərini bəzəyir.Mexanizatorlardan Məlikməmməd Rəhimov, Ələkbər Xankişiyev, sağıcılardan Həqiqət Salmanova, Sənayə Əhmədova, pambıqçı qızlardan Ofeliya İsrayılova, Dünyabəyim Babayeva, Zemfira Əmirova və başqaları kitabxanamızın fəal oxucularıdır.Burada tez-tez kitab disputları, ədəbi-bədii gecələr, oxucu konfransları keçirilir.Məlum olur ki, bu il kitabxanada el sənətkarı aşıq Ələsgərin anadan olmasının 150 illiyi, Azərbaycan xalqının görkəmli şairi Nəsiminin anadan olmasının 600 illiyi münasibəti ilə keçirilən ədəbi-bədii gecələr kənd əməkçilərinin və oxucuların dərin marağına səbəb olmuşdur.Ümumiyyətlə, kənd kitabxanasında bir-birindən maraqlı və rəngarəng tədbirlər həyata keçirilir.Bütün bu işlərin görülməsində Roza Cavadovanın böyük əməyi vardır.

(Birlik, 11 Yanvar 1973-cü il, №4)