Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Ətəyi düzənli, arxası dağlı,

Dolaydan baxanda baxçalı, bağlı,

Almalı, heyvalı, bostanlı, tağlı,

Mənim Ağsuyum.



Axıb şırhaşırla dağlardan gələn,

Yalçın qayaları, daşları dələn,

Yaşıl yamaclara xalılar sərən,

Mənim Ağsuyum.



Qoynunda al-əlvan işıqlar yanan,

Gecəsi-gündüzü nura boyanan,

Uca zirvələrə baxıb boylanan,

Mənim Ağsuyum.

(Birlik,10 Fevral1973-cü il, №17)