Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Kitabxanamız bu günlərdə yeni kitablarla daha da zənginləşmişdir.Burada siyasi-ictimai, elmi və bədii kitablar daha çoxdur.M.İ.Kalininin “Gənclər haqqında” kitabında gənclərin və komsomolun işindən bəhs edilir.Mixail İvanovuçin bilavasitə gənclərə müraciətlə söylədiyi nitqlərinə bu məcmuədə geniş yer verilmişdir.S.M.Kirovun yeni çapdan çıxmış kitabı da bu mövzuya həsr edilmişdir.Bu kitabda da oxucular gənclərə və kənd müxbirlərinə edilən tövsiyələrlə tanış ola bilərlər.“Azərbaycan zəhmətkeşlərinin 1973-cü il üçün sosialist öhdəlikləri” kitabçası bütün oxucuların stolüstü kitabı olmalıdır.Burada əsasən sənayemizin və kənd təsərrüfatımızıninkişaf perspektivlərindən danışılır.Z.M.Quliyevin “Qəribə heyvanlar” kitabında az məlum olan suda-quruda yaşayanlardan, quşlardan və balıqlardan bəhs edilir.O.Sarıvəllinin “Qüdrətli şair, usta sənətkar” kitabı aşıq Ələsgərə həsr edilmişdir.R.Rzanın “Dünən, bu gün, sabah” kitabında şairin son dövrdə yazdığı əsərlər toplanmışdır. Əziz oxucular, bu kitabaları oxumağı unutmayın.

(Birlik, 21 iyul 1973-cü il, №84)