Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Çaykoviskinin”Noyabr Troykada” adlı fortopiano pyesini dinləmisinizmi? Pyesdə əvvəlçə geniş, sərbəst, kefli bir nəğmə eşidilir. Adama elə gəlir ki, bu nəğmələri faytonçular oxuyular.Sonra isə sanki atlar səksənir, troyka öz yerindən qopub ayrılır, atların boynundakı zınqrovların səsi eşdilir.Sonradan yenə yavaş-yavaş sakitləşməkdə olan səsin melodiyası eşidilir. Sanki həmin səs getdikcə uzaqlaşır.Bu,ənginliyin, uçsuz-buçaqsıs qar , düzənliyinin rus qışının duyğusu yaranır.Bəli, musiqi insanda müxtəlif duyğular yaradır,hisslərə təsir göstərir.N.Tolstoy musiqinin haqqlı olaraq “ hisslərin stenoqramı” adlandırılmışdır.Bu, doğrudanda belədir. Musiqi insanın ömrü boyu yoldaşıdır. O, qeyri- adı inçəsənətdir ki, ona tərcüməçi lazım olmur. Biz böyük xarici klassiklərin Bethovinin, Baxın, Bizenin, Motsartın, Şopenin,müasir tərəqipərvər Qərb bəstəkarlıqlarını-Oneqqerin,Brittenin, Qerşvinin əsərlərini sevə-sevə dinləyirik. Xariçdə isə Qlinkanın,Musorqskinin,Borodinin, Paxmaninovun, Prokofjevin, Üzeyir Haçıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinə böyük maraqla qulaq asırlar. Adları cəkilən bu böyük sənətkarların əsərləri hamı kimi, haqqında danışacağımız “musiqiçilər ailəsi”nə də yaxşı tanışdı.Məlikovlar ailəsi musiqi sənətində görkəmli adamların həyatını bir örnək kimi dərindən öyrənir, musiqi incəliklərini əxz edirlər.Ağsuda bir ailə var.Məlikovlar ailəsi-Musiqicilər ailəsi. Ailə başçısı mərhum Mikayıl hələ Azərbaycan Tibb İnistiutunda oxuyarkən kamanda məharətlə calmağı bacarırdı. Onun böyük oğlu Şuriyyə Məlikov Ağsu raon mədəniyyət evində bədi rəhbər işləyir. Qiyabi olaraq N.K. Krupskaya adına Bakı Kitabxanacılığ Texnikymun mədəni-marif şöbəsinin III kursunda oxuyur.Tarda, nağarada, qarmonda, klarnetdə, kitarada gözəl melodiyalar ifa edir. Onun yaxşı aktyorluq maharəti vardır.Qardaşı Mütəllim 3 nömrəli şəhər orta məktəbinin IXsinifində təhsil alır. Tarda məharətlə calmağı bacarır.gözəl mahnılar ifa edir: Məlikməməd VI sinifində oxuyur.O, yaxşı qarmon çalır. Mahir IV sinifində oxuyur. Gözəl nağara çalır. Bacıları Mahirə II sinifində oxuyur. İfa etdiyi məktəbli mahnıları yaxşı səslənir., musiqi alətlərinə həvəs göstərir. Böyük bacı Huriyyə Azərbaycan Dövlət Tibb İnstitutunun mualiçə mualiçə proflaktika şöbəsində oxuyur. Bədi özfaliyyət dərnəyində çıxış edir. Ailənin ən kiçik üzvü Rənanın hələ bir yaşı tamam olmayıb. Xumar gözləri həmişə evdəki musiqi alətinə zilləyir, şən melodiyalardan xoş hal olur.Kim bilir, bəlkə gələçəkdə musiqiçi olaçaqdı!...Musiqicilər ailəsi gözəl ansamb yaratmışlar.Şuriyyə klarnetdə,Mütəllim tarda, Məlikməmməd qarmonda,Mahir nağarada rəngarəng musiqi nömrələri ifa edirlər. Bu dördlüyün müşaynəti ilə Mahirə ürəkacan mahnılar oxuyur. Ailə ansanbılının ifasında Rast, Segah, Şur, Bayatı-Şiraz xalq mahnıları, habelə digər rəkslər və ariyalar yaxşı səslənir. Ansamblın melodiyaları əhval-ruhiyyəsi, emosional boyası, ahəngi və intonasiyası ilə secilir.Musiqiçilər musiqinin əsas səslərini-do, re, mi, fa, sol, lya, si-ni, habelə onların müxtəlif birləşmələrini bacarıqla, yerli-yerində, işlədir. Ifa etdikləri melodiyaları rəngarəng və rövnəqli edirlər. Onlar sabit və qeyri-sabit səsləri ustaliqla birləşdirir, gözəl lad ( Məqam) yaradır, major və minor, ladlarından baçarıqla istifadə edirlər.Musiqiçilər ailəsinin üzvləri bir necə dəfə respublikab yarışlarında və fesivallaında, həmçinin raspublikanın müxtəlif rayonlarında qastrollarda olmuş, ifacılıq bacarıqlarına görə mükafatlandırılmışlar. Hələ onları qarşıda neçə-neçə mükafatlar, minlərlə tamaşacı alqışları gözləyir.Ailə ansamblının bir-biri ilə hormoniya (həmahənglik) yaradaraq, ifa etdikləri melodyalar ürəklərin ən dərin tellərini ehtiraza gətirir. Ailə başçısı Nərgiz xalada övladlarını ürəkdən sevə-sevə dinləyir. Eşitdiyi hər musiqi sədası onun gözlərinə nur, qollarına qüvvət, ürəyinə fərəh verir.



(Birlik, 14 Fevral 1974-cü il, №20)