Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Cəlayir kənd klubunda xeyli vaxtdır ki, dram dərnəyi fəaliyyət göstərir.Həvəskar artistlər tez-tez əməkçilər qarşısında çıxış edir, müxtəlif pyeslərdən səhnələr göstərirlər. Bu yaxınlarda kənd klubu yenə tamaşaçılarla dolmuşdu.Dərnəyin üzvləri səhnədə öz ifaçılıq ba-carıqlarını nümayiş etdirirdilər.Onlar Ş.Qurbanovun“Özümüz bilərik”, “Əcəb işə düşdük”, Ə.Haqverdiyevin “Ağac kölgəsində”, S.Qədirzadənin “Eks-periment Ağasəlim” əsərlərindən parçalar göstərirdilər.Həvəskar artistlərdən A.Əhmədov, F.Rəhimov,T.Əhmədov, R.Qədimov və başqaları öz rollarını daha bacarıqla oynadılar.Kolxoz əməkçiləri tamaşalardan çox razı qaldılar. Hazırda dərnək üzvləri qonşu kolxozlara da qastrol tamaşasına hazırlaşırlar.

(Birlik, 2 iyun 1973-cü il, №63)

----------------------------------------------------------------------------------------------------

Babaşov V.

Maraqlı filmlər

Tez-tez kəndimizdə maraqlı kino-filmlər nümayiş etdirilir.Kinomexanik Ağahüseyn Musayev öz sənətinin ustası olduğundan tamaşaları həmişə qüsursuz göstərir,kadrların ardıcıl verilməsini təmin edir.Bu yaxınlarda kəndimizdə nüsmayiş etdirilən “Dağlarda döyüş”, “Bir qalanın sirri”, “Yeddi oğul istərəm” və başqa filmlər daha xoş təsir bağışlamışdır.

(Birlik, 2 iyun1973-cü il, №63)