Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Kolxozumuzun keçən il 682min manat gəliri olmuşdur.Bu gəlirin 75 faizini pambıqçılıq təsərrüfatından əldə etmişik.Bumüvəffəqiyyət necə qazanılmışdır.Burada son iki ildə kolxoz idarə heyəti və ilk partiya təşkilatının həyata keçirdiyi tədbirləri xatırlamaq yerinə düşərdi.İlk növbədə kolxozda əmək intizamı möhkəmləndirilərək hər bir işçinin öz işinə olan məsuliyyəti artırıldı.Təsərrüfat briqadirləri-nin,mexanizatorların işinə nəzarət gücləndirildi.Beləliklə kolxozdamütəşəkkil işçi qüvvəsi yaranmasına nail olduq. Bizdə torpağa böyük qayğı var.Çünki bütün işimiz, bütün müvəffəqiyyətimiz onunla bağlıdır.Bir vaxt kolxozda torpağa çox laqeyd münasibət yaranmışdı.Buna da son qoyuldu.İndi kolxozda torpağın hər bir qarışı qorunur, istifadə olunur.Bundan əlavə son iki ildə “ölü” hesab edilən 75 hektar torpağı əkin üçün yararlı hala salmışıq.İndi bu yerdə yaşıl kollar boy atır.Kolxozda texnikaya münasibət də əvvəllər yaxşı deyildi.Məhz buna görə də hər il pambıq əkini gecikdirilir, səpin müddəti uzanırdı, tarlaların becərilməsində aqrotexnika qaydaları pozulurdu.Məsələn,1970-ci ildə cərgə aralarına üç dəfə kultivasiya çəkilmişdisə,1971-ci ildə səkkiz dəfə çəkildi, tarlalar bir yarım dəfə suvarılmışdısa, üç dəfə suvarıldı.Ümumiyyətlə, biz aqrotexnika sahəsindəki bütün yenilikləri tətbiq etməyə böyük ümid bəsləyirik.Elə bu tədbirlərin nəticəsində də 1970-ci ildə 448 ton pambıq istehsal edən kolxoz 1972-ci ildə dövlətə 810 ton pambıq təhvil verdi. Kolxozumuz Özbəkistan SSR-in Daşkənd vilayətinin Urtaçirik rayonundaki Lenin adına kolxozda yarışır.Yarış dostlarımızın zəngin təcrübəsini həvəslə öyrənir, pambıq tətbiq edirik.

(Birlik, 18 avqust1973-cü il, №96)

----------------------------------------------------------------------------------------------------

Abbasov M. Pambıqçıların sözü:

Mən bir faktı qeyd etmək istəyirəm.Əvvəllər gənclər kənddə qalmaq istəmirdilər.Ancaq indi onlar kolxozda işləməyə həvəslə gəlirlər.Axı, niyə də gəlməsinlər? Kolxozumuzun gəliri artdıqca zəhmətkeşlərin qazancı da artır.Keçən ildə hər əmək gününə 5 manat 19 qəpik pul düşmüşdür.Bundan əlavə kolxozçulara mükafat da verilmişdir: Kolxozumuzda maddi və mənəvi həvəsləndirmə tədbirlərinə xüsusi fikir verilir.Kolxoz ilk partiya təşkilatı sosialist öhdəliyinə əməl etmək uğrunda pambıqçılarımızın mübarizəsinə başçılıq edir.Biz tarla düşərgələrini yalnız kolxozçuların istirahət yerinə deyil, təbliğat işinin mərkəzinə çevirməyə çalışırıq.Düşərgələrə şüar və plakatlar, respublikanın, rayonun, kolxozun,briqadaların öhdəliklərini əks etdirən lövhələr vurulmuşdur.Bu il hər hektardan 40 sentnerpambıq götürmək uğrunda mübarizə aparan Qırmızı Əmək Bayrağı ordenli A.Hüseynovun briqadasının təşəbbüsü geniş təbliğ edilir.Gülməmməd Nuriyevin,Həmid Əhmədovun briqadaları da bu nəcib təşəbbüsə qoşulmuşlar.


(Birlik, 18 avqust 1973-cü il, №96)