Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Lenin adına kolxozun mərkəzi malikanəsi olan Qaraqoyunlu kəndi ildən-ilə abadlaşır.Kənddəki inşaat briqadasının qüvvəsi ilə son illərdə idarə binası, rabitə şöbəsi üçün bina, yay klubu tikilib istifadəyə verilmişdir.300 yerlik tamaşa salonu olacaq mədəniyyət evinin inşası başa çatmaq üzrədir.Bundan başqa Ağsu-Kürdəmir şosesindən kəndə asfalt yol çəkilmiş,çoxlu kolxozçu evi tikilmiş, mərkəzi küçədə müasir üslubda bulaq asıl-mışdır.Kənddəki traktor parkı, ferma şəhərciyi, kənd Soveti idarəsi, kitabxana, orta məktəb, tibb məntəqəsi Qaraqoyunluya xüsusi yaraşıq verir.Kolxoz idarəsinin həyətində V.İ.Leninin heykəli əzəmətlə ucalır.Kolxozçu evlərinin əksəriyyətində radio-qəbuledici, televizor, soyuducu, tozsoran və başqa elektrik enerjisi ilə işləyən müxtəlif məişət avadanlıqlarından istifadə edilir.İki ildir ki, kolxozçu evlərində və ictimai binalarda “mavi alov” şölələnir, avtomat-telefon xətti zəhmətkeşlərin istifadəsinə verilmişdir. Son 2-3 ildə 15-ə qədər ailə xüsusi minik maşını almışdır.SSRİ-nin təşkil edilməsinin 50 illik bayramı bu günlərdə Qaraqoyunlu kəndində də təntənə ilə qeyd edilmişdir.Kəndin yüksəlişi barədə edilən məruzə və çıxışlardan sonra kənd bədii özfəaliyyət kollektivinin konserti olmuşdur.

(Birlik,4 Yanvar1973-cü il,№1)