Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Sosialist Əməyi Qəhrəmanı Əjdər Sadıqovun başçılıq etdiyi briqada “Özbəkistan” kolxozunun qabaqcıl kollektivlərindəndir.Briqa-da üzvləri 60 hektar sahədə yetişdirdikləri bol məhsulu sürətlə və itkisiz yığırlar.Onlar böyük Oktyabrın 56-cı ildönümü şərəfinə yarışı genişləndirərək illik pambıq satışı planı layiqincə yerinə yetirmişlər.Tədarük məntəqəsinə 120 ton əvəzinə 125 tondan çox “ağ qızıl” təhvil verilmişdir.Briqadanın sahələrində hələ pambıq çoxdur.Elə yerlər vardır ki, sanki əl dəyməyib.Odur ki, kollektiv yığımın sürətini daha artırır, çalışır ki, böyük zəhmət bahasına hasilə gələn sərvətin bir qıramı belə itkiyə getməsin.Axı, götürülmüş öhdəlik yüksəkdir.Briqada üzvləri dövlətə plandan əlavə 40 ton pambıq satmağı vəd etmişlər.Briqadanın pambıqçılarından Nailə Məmmədova, Adilə Heydərova, Ziynət Fətəliyeva və başqaları gündəlik yığım normasını ikiqat yerinə yetirirlər.

(Birlik,6 oktyabr1973-cü il, №117)