Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Adət və ənənələr tarix boyu həmişə dəyişmiş, yeniləşmişdir.Hər bir yeni dövr, hər bir ictimai quruluş öz ruhuna, ideologiyasına uyğun olaraq yeni mərasimlər yaradır,öz əhəmiyyətini itirmiş, köhnəliyə çevrilmiş adət-ənənələri tədricən rədd edir.Belə bir proses bəzən ləng və bəzən sürətli olmaq etibarı ilə bütün tarix boyu davam etmişdir.Adət və ənənələr yaratmaq hüququnun ancaq keçmişə aid olduğunu zənn edənlər yanılırlar.Əksinə, necə ola bilər ki, bizim keçmişdən qat-qat zəngin, qüdrətli və gözəl müasir həyatımız öz yeni adət və ənənələrini yaratmasın?Ölkəmizdə SSRİ xalqlarının yeni ictimai münasibətlərini, ümumi mənəvi aləmini özündə əks etdirən yeni ənənələr meydana gəlmişdir.Yeni həyat tərzi əsasında meydana gəlmiş adət və ənənələri, mərasim və bayramları daha geniş yaymaq, vərdişə çevirmək, ətalətə səbəb olan nə varsa silib atmaq zəruri ehtiyaca çevrilmişdir.1964-cü ilin mayında Sov.İKP MK-nın təşəbbüsü ilə yeni adət və ənənələrin, bayram və mərasimlərin hazırlanması və yayılması üzrə müşavirə keçirilmiş, həmin müşavirədən sonra bu sahədə iş xeyli genişlənmişdir.Son illər rayonumuzda bir neçə yeni mərasimlər keçirilmişdir.Məsələn, “Məhsul bayramı”, “Qızlar baharı” və s. Lakin açığını deməliyik ki, bütün bunlar azdır.Çünki iş təkcə yeni mərasimlər keçirməklə bitmir.Onların sayını artırmaq, zənginləşdirmək, vərdişə çevrilməsinə nail olmaq, həmçinin köhnə, artıq buxova çevrilən adət və ənənələrə qarşı mübarizə aparmaq vacibdir.Bir çox mərasimlərin isə yeni həyatın, kommunist dünya baxışının tələblərinə cavab verən forma almasına, jeni keyfiyyətlərlə zənginləşməsinə nail olmaq lazımdır.Mən xüsusilə toy və yas mərasimlərini nəzərdə tuturam.Bu iki mərasim sosializmə qədərki formasiyaların təsiri nəticəsində az qala eybəcər bir şəklə düşmüşdür.Belə ki, bu mərasimlər adamları hər şeydən əvvəl ciddi iqtisadi çətinliklər qarşısında qoyur. Uşağa kiçik toy etmək, matəm saxlamaq, qurban kəsmək, fala baxdırmaq, dua yazdırmaq, “müqəddəs” yerlərə ziyarət etmək, uşağın paltarına gözmuncuğu və dua tikmək, evin çəpərinə it kəlləsi taxmaq, pişik gələndə yolu dəyişkmək və s. köknəlik qalıqları bu günkü adamlara yaraşan iş deyil.Qohumluq və qonşuluq münasibətlərində də köhnəlik qalıqları az deyildir. Qeyd etmək lazımdır ki, belə adət və mərasimlər babalarımızın milli ruhuna, dünyabaxışına tamamilə yad olmuş, yalnız islam dininin təsiri nəticəsində meydana gəlimişdir.Bütün bunlar gərəksiz uydurmalardan başqa bir şey deyildir.Belə gülünc adətlərdən imtina etmək vaxtı çoxdan çatmışdır. Xalqımızın uzun əsrlik təcrübəsindən ən yaxşı ənənələri qorumaq, yaşatmaq lazımdır.Məsələn, indi “Məhsul bayramı” na xalqın “Dağa köçmə”, “Gül-çiçək bayramı”, “Şum bayramı” və s. kimi bayramları daxil etmək lazımdır.Bu sözləri pasport almaq, ilk əmək haqqını qeyd etmək, orduya yola salmaq, əmək veteranlarının yubileyini keçirmək, “Sağıcı günü”, “Pambıqçı günü”, “Taxılçı günü”, “Əmək şöhrəti gecəsi” və s.haqqında demək lazımdır. Biz övladlarımıza ad qoymaq məsələsi barəsində daha ciddi düşünməliyik.Məlumdur ki, ad qoymaq heç də valideynin şəxsi istəyi deyil.Xalqın mədəniyyəti, estetik baxışı və zövqü burada müəyyən rol oynayır.Ölkəmizdə istismarçı siniflər ləğv olduqdan sonra uşaqlara yeni, mənalı adlar qoyulur.Yaxşı haldır ki, Allahqulu, Xudaqulu, Pirqulu, Kəlbəli kimi təhqiredici məna verən adlar sıradan çıxmaq üzrədir.Lakin bəzi valideynlər hələ də ad qoymaq işində mühafizəkarlıq edirlər.Adət və ənənələrimiz xalqımızın bu gününə layiq olmalıdır.Xalqın şüurunda kök salmış üz ağardan, baş ucaldan adət və ənənələrimizi yaşadaq, həmçinin yeni adət və ənənələr yaradaq.Dünyada görüb-götürməli çox şey var.Unutmaq olmaz ki, hər bir adət yalnız müntəzəm surətdə təkrar edildikdə, vərdişə çevrildikdə ənənə hüququ qazanır.

(Birlik,13 Mart 1973-cü il, №30)