Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Kalva.Dağlar qoynunda yerləşən bir kənd.Hər tərəfdən zümrüd meşələrlə əhatə olunmuşdur.Rayonumuzda təşkil edilmiş “Sünbül” pioner düşərgəsi burada yerləşir. Səhərdir.Düşərgənin həyətində şeypur səsi ucalır.Quşlar da hərə bir tərəfdə cəh-cəh tutur.Ürəkaçan şənlik səsi hər yanı bürüyür.Uşaqlar pioner xətti üzrədüzülürlər.Tərbiyəçilərin iş günü,burada dincələn uşaqların növbəti istirahət günü belə başlayır.Düşərgənin rəisi Arif Əfəndiyevlə görüşürük.O,bizə buradakı işlər barədə məlumat verir.

-Pioner düşərgəsində rayonmuzun “Özbəkistan”,”Bakı”kolxozlarında,Əzizbyov adına,Sabir adına ,K.Marks adına,Lenin adına kolxozlarda çalışan əməkçilərin 113 nəfərdən çox uşaq dincəlir.Onlar burada 48 gün istirahət edəcəklər.Uşaqların istirahətini mənalı keçməsi və burada həyata keçirilən tədbirlərin səmərəli təşkili üçün iş planı tutulmuş,vaxt cədvəli hazırlanmışdır.Uşaqların sağlamlığına,gigiyena qaydalarına ciddi fikir verirlər.Tərbiyəçilərdən B.Atakişiyev,B.Eminov,M.Nəsirov uşaqların istirahətini idman oyunları və müxtəlif əyləncəli tədbirlərlə zənginləşdirirlər.Onlar mütaliə eyməyi də unutmurlar.Uşaqlar burada təşkil edilmiş qırmızı guşədən səmərəli istifadə edirlər.Axşamlar maraqlı kino-flimlərə baxırlar. Axşam düşür.Pionerlər bir yerə toplanır.Şənlik başlanır.Musiqi sədaları ətrafa yayılır.Burada hər şey gözəl görünür.Bəli,pioner yayı belə xoş keçir.”Sünbül”düşərgəsində uşaqların kefi kök,damağları çağdır.

(Birlik,24İyul 1971-ci il ,№87)