Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Rayon mədəniyyət evinin nəzdində təşkil edilmiş dram dərnəyi bu il öz repertuarını xeyli zənginləşdirmişdir.Kollektivin üzvləri iki ay idi ki,M.Möh-sünzadənin “Dünya yetim deyil”pyesini tamaşaya hazırlayırdılar.Onlar pyesin ilk tamaşasını Nizami adına kolxozda göstərmişlər.Tamaşa müvəffəqiyətlə keçmişdir.Kənd əməkçiləri dərnək üzvlərindən Məmməd Sədiyeyevin (professor),Nazilə İsmayılovanın (professorun arvadı),Yaşar Qocamanovun (həkim),Şükriyyə Məlikovanın (jurnalist)aktyorluq məharətini alqışlarla qarşılamışlar.Mədəniyyət evinin dram dərnəyi qastrola hazırlşır.Kollektiv Mədəniyyət Nazirliyinin təsdiq etdiyi marşurut əsasında bu il Şamaxı, Kürdəmir, Ucar,İsmayıllı və Qutqaşen rayonlarına qastrol səfərinə çıxacaqdır. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi də İslam Rəhimovun rəhbərliyi altında qastrola hazırlaşır.Səfər zamanı müəffəqiyyət qazanmaq üçün dram dərnəyinin üzvləri və bədii özfəaliyyət dərnəyinin kollektivi qrafik əsasında mütəşəkkil olaraq məşq keçirlər.

(Birlik,21 Yanvar 1971-ci il,№9)