Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Çəmiyyətin bütün mənəvi sərvətlərinin toplanıb saxlanılmasında, onun nəsildən-nəsilə çatırılmasında kitab böyük rol oynayır.Böyük rus inqlabcı-demokratı,materials filosofu A. İ. Kertsen kitabı bir nəslin başqa bir nəsilə mənəvi vəsiyyətnaməsi adlandırmışdı.Biliklərə yiyələnməkdə, elm və texnikanın nailiyyyətlərini öyrənməkdə, kommunizim işində fəal iştirak etməkdə kitab bizim ən yaxın köməkçimizdi.Sovet kitabı zəhmətkeşləri qüvvəsini Kommunist Partiyasının qarşıya qoyduğu siyasi və təsərrüfat məsələlərini həllini səfərbərliyə alır, adamların sosialist şüurluğunu artırır, onları mənəvi cəhətdən güclü, qüvvətli edir. Böyük rəhbərimiz V. İ. Lenin demişdir: yalnız bəşəriyyətin hazırlanmış olduğu bütün sərvətləri bilməklə öz zehnini zənginləşdirdiyin zaman kominist olmaq olar.Məhz bu kefiyyətlərinə görə kitab indi ölkəmizdə hər bir ailənin, hət bir sovet adamının yaxın dostu, məsləhətci olmuşdur.Partiya və hökümətimiz kitabın təbliğ edilib geniş yayılması işinə böyük əhəmiyyət verir.Sovet kitablarının təbliği idioloji iş olub yetişən nəslin kommunist tərbiyyəsi ilə bağlıdır. Buna görə də kitabı təbliğ etməyin mütərəqqi formalarından istifadə etmək lazımdır.Kitab təbliğatçısı birinçi növbədə özü kitabı bilməli, heç olmasa həmin kitab haqqında qısaca məlumat verməyi bacarmalıdı.Bu və ya digər kitabı oxuculara təqdim edilərkən bu ədəbiyyatın hansı ixtisasa aid olması, oxucuların yaş xususiyyəti, həmin ədəbiyyatın kütləvi xarakter daşıyıb- daşımaması.nəzərə alınmalıdı.Təsadüfü deməmişlər ki, kitabı düzgün təbliğ edən hər kəs özünü yaxşı müəllim olduğunu subut etmiş olur.Kitabxanalarda ədəbiyyatların müxtəlif şöbələrdə yerləşdirilməsi oloduğca vacibdir. Belə olduqda oxucu cox vaxt itirmir,özünə lazım olan ədəbiyyatı daha asant tapır. Mən bu prinsipə həmişə əməl edirəm Kitabxanamıza yolunuz düşərsə , özünüz də bunun şahidi olarsanınız.Kitablar “ Siyasi ədəbiyyat”, “ folklor”, “ klassik ədəbiyyat”, “ Azərbaycan sovet ədəbiyyatı”, “ Rus ədəbiyyatı”, “Xarici ölkələr ədəbiyyatı”, “Elm və texnika yenilikləri”, “Heyvandarlar sizin ücün” və s. şöbələrdə yerləşdirmişdir.Kitabxanaya gələn oxucu ilə fərdi söhbətlər edir,onun maraq dairəsini genişləndirməyə calışıram.Təbidir ki, oxucuların hamısı bədii kitabalara meyl edir.Əsasən məçara ədəbiyyatı oxumağı xoşlayır. Belə olduqda mən elmi kitablar barədə söhbət edir, onların oxumasını da məslətət görürəm. Şübhəsiz ki, məsləhətlərim faydasız qalmır, elmi kitablara maraq artır.Kitab disputları və oxucuları konfrasları kecirmək də kitabın təbliğ edilməsində böyük əhəmiyyətə malikdir. Bunun ücün bizim kitabxanada tez-tez yığıncaqlar kecirilir.Az vaxt ərzində biz M.S.Ordubadinin “Gizli Bakı”, M. İbrahimovun “ Pərvanə” ,Ə.Vəliyevin “Turac-lıya gedən yol”,İ. Şıxlının “Dəli kür” ,F.Kərimzadənin “ Qarlı aşıram” və başqa əsərlərinin disputunu kecirmişik.Bu il beynalxalq kitab ilidir. Calışmaq lazımdı ki, bu əlamətdar ildə kitablar daha cox təbliğ edilsin,kitab həvəskarlarının sayı daha da artsın.

( Birlik,28 Oktyabr1972-ci il,№127).