Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Bir uşaq filminə bənzər bu şəhər

Oyatdı bir zaman mənim qəlbimdə,

Uşaq vurğunluğu, uşaq heyrəti,

Uşaq zəifliyi, uşaq çürəti,...

Sonra hər şey kecdi...Nə qaldı görək?

Sıxır ayağımı geniş kücələr,

Qıyıb geymədiyim əyaqqabı tək.

Cəkildi mənə də şəhər tüstüsü,

Bir az hamarlandım, bir az ütüldüm.

Bəzən düşünürəm hirslənə bilsəm!

Laqeyd adamlardan gizlənə bilsəm,

Bu laqeyd şəhərin divarlarında,

Meşə mahnısıtək səslənə bilsəm,

Məndən kim küsəcək,kim inçiyəçək?



Ciynimə qar yağır, quşbaşı yağır,

Kiminsə kədəri, göz yaşı yağır.

Caylar, şəlalər düşüb ağ topa,

Meşələr dizəçən batıb ağ qara.

Dağların ağappağ yuxusu yağır,

Quşların aç qalmaq qorxusu yağır.

Çüyürlər meşədən kəndə qacırlar,

İndi ayılar da dalğınlaşılar.

Qarsa hey yağır...

Yağır saymazyana, sakitcə, asda,

Min il bundan əvvəl necə yağıbsa...

Məndən kim küsəçək, kim inciyəcək!..



Möçüzə gözləyir bir qız ürəyi.

Qarlı gecələri yuxusuz qalıb,

İsti gözlərində qızdırır məni.

Küçə telefonu əhlikef- lal, kar,

İnciyər, göynəyər titrək barmaqlar.

İkicə qəpiklik görüş istəyər,

Quru səs istəyər,gülüş is

təyər.

Bir az qürurundan enmək istəyər

Ağzımda dil olub dinmək istəyər,

Kecirib min gözdən,milyon baxışdan,

Necə ovsuncudan,necə yaxışdan,

O, mənə gətirər təbəssümünü .

Əgər onun olsa, eh,onun olsa,

Bir günüm,beş günüm, bir ömür günüm,

Məndən kim küsəcək ki

m inciyəcək?..

Mən gərək bir kicik allah olaydım,

Mən gərək kiməsə hayan olaydım,

Mən gərək kiməsə dayaq olaydım...

Mən harda ləngidim,mən harda caşdım,



( Birlik,11 Mart 1972-ci il, №30.)