Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Bir şəhərdə yaşayırıq.Onu tez-tez görürəm.Hər görəndə də yadıma bu misralar düşür:

Balaban oçaq kimi,

Bir az gülək istəyir,

Odunu yaymaq ücün...

Sonra da fikirləşirəm ki, balaban təkçə külək istəmir.Cox şey istəyir balaban.Balaban sənə öz kecmişini, sadəlövh uşaqlığını,kiminsə gileyini, kiminsə solğun təbəssümünü qaytarmaq istəyir.Kəndinizdəki payız toylarını, o toyların birində gənçliyin yaşadığın ilk axşamı xatırlayırsan.O axşamın sərinliyi və təkrarsızlığı indi sənin qəlbini üşüdür.Ovcunda kiminsə əllərini hiss edirsən. Demə sənin barmaqların, yaddaşın varmış.Hardasa,uzaq-uzaq xatirələrin maviliyindən saclarının qaramı, yaxud sarımı olduğunu, unutduğun bir qız boylanır.Balaban belədir. Oçaq kimidir, alov kimidir. Onunla əylənmək olmaz. Sən azça qızınmaq arzusundasan, o,isə səni yandırmaq istəyir. Bu oda , bu yanhayana kim dözüb, kim tablayıb?hec kim. Coxları istəyib ancaq bacarmayıb.Son məqamda son nöqtədə diz cöküb yalvarıb:Asta cal balabanı, -deyib.Balaban nəğməsi səsə cevrilmiş odur. İnsan ürəyinin, insan həfəsinin odu ilə calınır balaban. Soyuq ürəkli insanlar balabanı çala bilməz Calarlar ey, ancaq bu səs adamı bezdirər.Elə bilərsən ki, payız günlərində ciskinli yağışa düşmüsən ,qacmağa,daldalanmağa yer axtarırsan.

Sarı balaban

Xasay Ələkbərov isti ürəkli balabancıdı.Onu cox dinləmişəm. Hərdəfə mənə elə gəlib ki, Xasay calanda hər şeyi unudur. Hec nə görmür, hec nə eşitmir.Öz sənətkar tənhalığını cəkilib calır.Kiminin heyrətinə, kiminin laqeyidliyinə və bütün adiliklərə göz yumub.calır.Həfəsinin odu barmaqları yandıra yandıracalır Xasay...Calmağını neynirsən? O qədər sadədir, əmişə gözəgörünməkdən, üzə cıxmaqdan cəkinir.Gizlikdə qalmağa,nəzərə çarpmağa calışır.Bəlkədə buna görədir ki, indiyədək layiq olduğundan az tanınıb. Az məşhurlaşıb. Bu,idiasızlıqdırmı? Məncə yox.Bəlkə istedadlı adamlara məxsus olan ləyaqət hisidir bu. Elə bir hiss ki,adam deyir:”” Mən də varam”, “ Mənə də baxın “ -deyə haray cəkmıyin mənası varmı? Məgər sənin istədiyin təriflərdir?Ancaq əlinə balaban aldımı dəyişir , başqalaşır. Deyirsən ki,bayaqkı sakit,bir az da dalğın kimi görünən adam bu deyil. Barmaqları cırpınır, cırpınır. Barmaqlarının ucundadı ürəyi. Xasay dilləndirir, oxudur sarı balabanı.

Haşiyə

Bir dəfə Xasaydan soruşdum.

-Niyə belə deyirlər: sarı balaban?

O, azca fikirləşib çavab verdi:

-Nə deyim. Mən biləni iki səbəb var. Ya sənin həzinliyinə , sarı simin səsinə oxşadığına görədir,ya da Sarı aşığa görə. Deyəsən bu fikir sizə qəribə gəlir.İlk baxışda elədir.Ancaq diqqət edin,balaban-bayatı.Yaxınlığı duyursunuzmu? Sarı aşığın bayatılarındakı kövrəkliyi, süzgünlüyü, şirin kədəri ancaq balabanla anlamaq olar.Qənaətim belədir.

Bayatı kürd

Balabanı dinləyirəm.Səslər sanki,qulaqlarımda sözlərə cevrilir.Misraların aydınlığını duyuram.

Birlik, 3 İyun1972-ci il ,№64)