Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Qapı elə bil öz-özünə açıldı.O, içəri girdi.Necə hisslər kecirdiyini bilirdim.Bir vaxt məni də çağırmışdılar. Məndə qapını beləcə üsluca acmışdım.Məndə beləçə böyümüş əllərimi gizləməyə yer tapmırdım.Demişlər ki,utancaqdır. Bilmirdim, neyləyim ki,sıxılmasın. Qorxurdum ki, özü haqqında hecnə danışmaya .Ancaq dil tapa bildik. Cox şeyi unudub. Şəkil cəkməyə başladığı ili,günü...Şəkillərinə verilən ilk qiyməti-xeyirxah rəyi. Şəklini cəkdiyi ilk adamı.Amma yaddaşında az şey qalmayıb.Unutmayıb, rəssamlığın “ əlifbasını “ ,öyrəndiyi müəllimi Abdul-Səməd Səmədovu. Şəhər internat məktəbində aclış ilk sərgisini “ Pioner “ gurnalında verilmiş natrumortu haq-qında.”Azərbayçan pioneri” qəzetində dərc olunmuş “ Arzu “ adlı yazını ...Bu yaxınlarda da kənd klubunda yeni sərgigisi acılıb Cox şeyi unudub .Ancaq dediklərindən belə cıxır ki, o bütün uşaq dəcəliklərini kağız üzərində eləyib.Həmişə barmaqları üstü-başı rəngli olub.Bəziləri deyirmiş ki, nə pinti uşaqdır! Kimə gəlir deyirmiş ki, gəl otur ,şəklini cəkim, razı olmurmuş :
“ Deyəsən başına iş qəhətdir, get dərslərini oxu”. Öz tay-tuşları da həmcinin:Sən də şəkil cəkəcəksən mənə .Ondansa futbol oynayaram”.

“ Eh, hec inanmırmış. O da açığınan ağaçarın, dağların, buludların şəklini cəkirmiş. Bir gün hamı baxıb görüb ki, bu arıq qarayanız uşaq, Pirəsənli kəndinin cinarlarını,yaşıl yarpaq icində yanan narlarını, ətirli qızılgüllərini kətan üzərinə köcürüb. Hamı baxıb mat qalıb. Bütün bunlar Əşrəf Mirzəliyev ücünçü sinifində oxuyanda olub. İndi Pirəsənli kənd doqquzuncu sinif şagirdidir.Axır vaxtlar heykəltaraşlığa yaman meyillənb.” Tələbə qız”, “Yuri Qaqarin “ büstləri bu meyildən yaranıb. Amma onu boyaların, rənglərin ,ətri daha cox cəlb edirdi.Öz düşüncələri,öz fikirləri var.Bəzən daşı elə cəkmək istəyir ki,baxanlar desin: “ dünyada daşdan yumşaq şey yoxdur”. Narı elə cəkmək istəyir ki,baxan bilsin, bu nar Pirəsənli kəndində butən nardır.Odur ki, dostları ilə tez-tez mübahisəsi düşür.Bir dəfə onların biri öz şəklini bəyənmir.Məni niyə belə cəkmisən? Mən beləyəmmi?-deyir.O, dostuna cavab verib deyir ki, mən səni bu cür görmək istəyirəm.Sifətinizdən kobudluğu,yersiz təkəbbürü atmışam....Dəftərcəmdə suallarıma Əşrəf Mirzəliyevin verdiyi cavablar durur.

-- Ən sevdiyin rəng...

-- Qırmızı, yaşıl...Bütün uşaqlar kimi,mənim də cəkdiyim ilk şəkil günəş olub.

--Ədəbiyyat oxuyursanmı.?

--Bəli. Ən cox rəssamlar haqqında yazılanları.

--Şəkil cəkmədiyin vaxtlarda nə edirsən?

--Dərslərə hazırlaşıram. Ev işlərinə kömək edirəm. Hava əla olanda sözsüz ki, futbol.Məktəbimizin yığma kamandasının qapıcısıyam.

-- Elə bir adam varmı ki, cəkmisən,ancaq hamıdan gizlədirsən,ancaq onun özündəndə?

-- Bu sual mənimcin aydın deyil.Cəkdiyim şəkilləri hec kəsdən gizlətmirəm.

-- Məktəbin ictimai işlərində iştirak edirsənmi?

--Divar qazetləri ücün şəkil cəkirəm.

Ondan gələcək arzularını soruşmadım.Onsuzda bilirdim ki, biril ötəcək,ikinci il deyəndə Pirəsənli kəndindən ucaboy bir oğlan yola düşəcəy.Mütləq öz fırcası ilə. Ağlıma gəldi ki,biz hacansa görüşəcəyik. Mən onun haqqında yenidən yazmaq istəyəcəm.Əşrəf gedəndən sonra etdiyim qeyidlərə təzədən göz gəzdirdim.Nədənsə mənə elə gəldi ki,ona ən vacib sualı verməmişəm. Bir də ki, gərək Əşrəfdən soruşaydım. Necə cətin bir yola əyaq qoyduğundan xəbərin varmı? Sənin girmək istədiyin meydanda Mikayıl Abdullayev,Tahir Salahov, Toğrul Nərimənbəyov,Səttar Bəhlulzadə var , bilərsənmi?

( Birlik,18 mart 1972- ci il,№32.)