Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Bu sözlər mənim gələcək həyatımın kompası oldu. Deyən müsahibim Raqif Mehdiyev şəhərimizdəki mərkəzi xəstəxanada həkim işləyir.Onun işlədiyi kolektivdə, həm də rayonumuzun zəhmətkeşləri arasında böyük hörməti vardır.Bu, səbəbsiz deyildir. Axı, o, sənətini sevir, xəstələrə qayğı ilə yanaşmağı bacarır,xəstəni dərmandan cox sözlə müalicə etməyə calışır. Yaxşı yadımdadır.Yolum xəstəxananın həyətinə düşmüşdü. Gur yağış yağırdı.Təcili yardım məntəqəsinə Ərəbmehdibəy kəndindən zəng vurub dedilər ki, ağır xəstə var, tez həkim göndərin.Növbədə dayanmış Raqif cəld lazım olan dərmanları götürdü və təcili yardım maşınına minəndə:

-Belə havada maşın kənd yolunda gedəcəkmi.? -dedim.

-Nə etmək olar maşın getməsə piyada gedərəm-deyə çavab verdi.

O günkü əhvalatdan bir həftə kecmişdi. Redaksiyamıza Ərəbmehdibəy kəndindən bir məktub göndərmişdirlər.Məktubda deyilirdi ki, həkim tez gəlməsəydi atam tələf olardı.Cətinliklə də olsa həkim atamı müalicə etdi. Sağ olsun Raqif Mehdiyev.Həkim P. Mehdiyevin köməyi ilə müalicə olunan onlarça xəstədən minatarlıq məktubları almışıq . Məktubların hamısında oxucular həkimin şəfalı əlləri ilə müalicə olunduqlarını bildirirlər.Xəstəxanada olarkən xəstələrin və eləcə də peşə dostlarını R. Mehditevdən razılıq etdiklətinin şahidi oldum.Xəstəxananın rəy kitabında,şəhər sakinlərinin, eləçə də kəndlərimizdən gəlib burada müalcə olunan zəhmətkeşlərin R.Mehdiyev haqqında xoş sözlər yazdıqlarını oxudum.Əlbəttə,bütün bunlar Raqifin öz sənətinə olan məhəbbətindən və adamlara olan qayğısından irəli gəlir. Raqif Mehdiyev yeddinci ildir ki, rayonumuzda həkim işləyir.Bu illər ərzində o,yüzlərlə adamı müaliçə edib həyata qaytarıb.Həkimə xalq arasında” şəfalı əl sahibi” deyirlər.Həkim üçün bundan böyük şərəf yoxdur.Həkimi xalq sevir, həkim də xalqı sevir. Xoşbəxt o kəsdir ki, xalqa özünü sevdirə bilir.Rafiq də belələrindəndir.

(Birlik,8 Aprel 1972-ci il,№42.)