Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Yaşlı və eləçə də böyüməkdə olan bu günkü nəslin dünya görüşünün formalaşmasında, onların mədəni həyat səviyyəsini yüksəlməsində mədəni –maarif oçaqları , xusisilə kitabxanalar böyk rol oynayır. Buna görədə xalq kütlələrinin gündən-günə artan mənəvi təlabatının ödənilməsi işinə xidmət edən kitabxana işcilərinin üzərinə böyük vəzifələr düşür .Kitabxanacı öz gündəlik işini fədakar əməyi ilə maddi nemətlər istehsal edən, işlədiyi kolxozun, müəssəsinin şöhrətini yüksəldən sadə əmək adamlarını işi ilə əlaqədər qurmalıdır. Ayrı-ayrı əmək qabaqçılının, ayrı-ayrı istehsalat kollektivinin əldə etdiyi yüksək nətiçələri təbliğ etməyə ,qabaqçıl təçrübəni geniş yaymağa , işdə başqalarına nümunə olmağı hamıya tanıtdırmağa borçludur. Axı, o həm də fəal təşviqatçı olmalıdır. İstehsalat vəzifələri həmişə kitabxana işinin bütün forma və üsullarında öz əksini tapmalıdır.Yola saldığımız qyrultaylar ilində rayonumuzda bir sıra müvəffəqiyyətlərin qazanılmasında istehsalat kollektivləri ilə yanaşı qabaqcıl mədəni-maarif işcilərimizin də payı vardır.Hazırda rayonumuzda 27 kitabxana şəhər və kənd zəhmətkeşlərinə xidmət göstərməkdədir. Bu sahədə kifayət qədər təçrübə qazanmış kitabxanacılarımız az deyildir. Gürçüvan (kitabxanacı Jenya Xocikyandır ),Dilman(İsa Rəcəbov ) ,Padar ( Heybət Həsənov) ,Sarvan( Sədi Qurbanov ) kənd kitabxanalarını belələrinə misal göstərmək olar. Adları qeyd olunan bu kitabxanalarda partiya sözünün ütlələrə vaxtında çatdırılmasında kütləvi təbliğatın bir çox formalarından ( ədəbi-bədi gecə, qabaqcıllarla görüşlər, oxuçu konfransları, tematik gecələr,kitab sərgiləri, mə”ruzə və mühazirələr və sair ) geniş isdifadə edilir. Məsələ kitabı təbliğ etməklə bitmir.Burada əsas məsələ içtimaiyyətin buk tədbirlərdə neçə iştirak etməsində , geniş oxucu kütləsinin necə əhatə olunmasında və bu tədbirlərin konkret olaraq hər bir oxucuya necə kömək etməsindədir.Təəssüflə qeyd etməliyik ki, rayonumuzda öz işini günün tələbləri səviyyəsində qura bilməyən , bir sözlə kitabxanaçılıq kimi mühüm yaradıcılıq işini adi dəftərxanacılıq səviyyəsinə endirən kitabxanaçılarımız hələ də vardır. Buna misal olaraq Növçü (kitabxanaçı Həcər Qurbanovadır ),Bozavand ( Məmməd Lətifov ),Daşdəmirbəyli ( Ağazahid Abdullayev), kənd kitabxanaçılarını, şəhər Sağ sahil ( Lida Kostiyüva ) kitabxanasını misal göstərmək olar.Kitabxanaçı hər şeydən əvvəl, təşviqatçı və təbliğatçı olmalıdır. İdeoloji işin dayaq məntəqələrindən biri olan kitabxananın üzərinə düşən mühüm dövlət əhəmiyyətli işi kitabxanaçılar məhz ziyalılarla, fəal oxucularla birlikdə həyata keçirilməlidirlər.

(Birlik, 21 Yanvar 1972 -ci il,№10)