Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Ağsu şəhərinin yaxınlığındakı « Şeyx Dursun» türbəsi rayonumuzun ərazisində olan ən qədim abidələrdən biridir. Bu ağ daşdan tikilmiş 8 güşəli piramida şəkilində olan sənətkarlıq nümunəsidir.Hər bir tərəfinin eni 1,6 metr, diametri 12, 8 metrdir. Divarın hündürlüyü isə 3 metrdir.Yəni türbənin üstü tikintinin gövdəsinə uyğun olaraq 8 tərəfli pirizma şəkilində 3 metr hündürlüydə qaldırılmışdır.Abidə sadə üslubda, lakin cox böyük ustalıqla inşa edilmişdir Bina həm xaricdən,həm də icəridən yonulmuş daşlarla hörülmüşdür. Qapısı 3 daşdan ibarətdir.İki böyük daşdan yan tərəflər və tağvari yonulmuş üst tərəf.Orta əsrlərdə tikilmiş qalalara,karvansaralara ,ovdanlara,sərdabə və türbələrə res-publikamızın ərazisində cox rast gəlmək olar.Bu sərdabələr və türbələr varlı feodalların,onların əzizlərinin və din xadimlərinin qəbirləri üzərində tikilirdi.Lakin bu gün bizim ücün bu tikintilər xalq sənətkarlığının,ayrı-ayrı dövürlərdə xalqımızın müəyyən iqtisadi- texniki və mədəni inkişaf səviyyəsini tə” yin edilməsi üçün cox maraqlıdır.Azərbayçan ərazisində “ Şeyx Dursun “ abidəsi üslubunda tikilmiş tikinti coxdur.Xəlili kəndi yaxınlığında da belə bir tikli vardır.Şamaxı rayonunun Kələ-xana kəndində eyni arxitektura üslubunda tikilən “ Şeyx İbrahim “ türbəsi və buna oxşar 6 türbə vardır.Xalq arasında bunlara “ Yeddi qardaş türbəsi” deyilir.Lakin “ Şeyx Dursun” türbəsi daha qədim tarixə malikdir.Şamaxıdakı “ Şeyx İbrahim” türbəsi XVII əsrdə -1653-çü ildə tikilmişdirsə ” Şeyx Dursun” türbəsi XV əsirdə-1457-çi ildə inşa edilmişdir.“ Şeyx Dursun” türbəsindən,burdakı qəbirastanlıqda olan baş daşlarında və səndüqələrdəki epiqrafik yazılardan məlum olur ki,hələ cox əvvəllər Ağsu ərazisində iqtisadi-siyasi əhəmiyyətə malik olan yaşayış məntəqəsi olmuşdur.“Şeyx Dursun” türbəsi tarixi memarlıq abidəsi kimi dövlət qoruğudur və rayon mədəniyyət şöbəsi tərəfindən mühafizə olunur.

( Birlik ,16 Mart 1972-ci il,№32).