Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Mütaliə hər kəsin şəxsi işi deyil,həm də içtimai borcdur.Kitab adamı gözü acıq edir,kommunizm quruculuğunda daha fəal iştirak etməyə ruhlandırır.Buna görə də kitabı sevmək lazımdır.Mədəni adam olmaq-hər şeydən əvvəl kitab dostu olmaq deməkdir.M.Qorki “Mən necə oxumuşam” hekayəsində öz zehni inkişafında kitabın oynadığı böyük roldan danışaraq yazmışdır: Kitablar mənim ağlımı və qəlbimi qanadlandırdı. Bu kitablar olmasaydı, mən səfehlik içində qərq olardım...Etiqadımın doğruluğuna dərin bir inamla hamıya deyirəm ki, kitabı sevin, o bilik mənbəyidir.Ən yaxşı ədəbiyyatı oxucuya catdımaq, onun mütaliəsinə rəhbərlik etmək hər bir kitabxanacının şərəf işidir.Bunun ücün onlar kütləvi təbliğatın bütün formalarından-oxuçu konfransı, ədəbi-bədii gecə ,kitab sərgiləri, məruzə , mühazirə və sair tədbirlərdən geniş istifadə etməlidir.Hazırda hər yerdə olduğu kimi bizim kitabxana da tarlaya köcmüşdü. Mən tarla düşərgəsində kitab sərgiləri düzəldir, əməkcilərə yeni -yeni kitablar haqqında məlumat verir, ədəbiyyat müəllimlərinin köməyi ilə tez-tez ədəbi içmallar təşkil edirəm.Bu da yaxşı nətiçə verir. Kitabxanamızda olan oxucuların sayı gündən -günə artır,kitab dövriyyəsi genişlənir. Yaxın günlərdə tarla düşərgəsində nahar fasiləsi zamanı Aşıq Ələsgərin yaradıçılığı, M. S. Ordubadinin “Döyüşən şəhər “, N. Nərmanovun “Bahadır və Sona” romanları haqqında disput kecirilmişdi.Oxuculardan Əsbət Yusifova, Nailə Xankişiyeva, Süsən Kərimova,Balaqardaş Hümətov,Mirzə Rzayev və başqaları disbutda fəal iştirak etmişlər. Həmcinin kitabxana fəallarının köməyi ilə kitabxanada və tarla düşərgəsində bir sıra foto-montajlar və dioqramalar hazırlanıb divarlara vurulmuşdur.Kitabı sevdirmək,ona olan marağı daha da artırmaq ücün biz bütün vastələrdən bundan sonra da baçarıqla istifadə edəcək, beynəlxalq kitab ilində oxuçularala əlaqəni daha da genişləndirəcəyik.

(Birlik,26 Avqust 1972-ci il,№101).